28 C
Baku
Wednesday, July 24, 2024

Prokuror MTN generalının rütbəsinin alınmasını istəyib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinovun general rütbəsinin alınması tələb olunur.

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Orxan Səmədov çıxışında Nizami Şirinovun general rütbəsinin alınması üçün Prezidentə təqdimat göndərilməsi ilə bağlı qərar qəbul edilməsini istəyib.

Qeyd edək ki, dövlət ittihamçısı Nizami Şirinova 12 il həbs cəzası istəyib.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər