1 C
Baku
Saturday, December 14, 2024

Prokurorluq sabiq bələdiyyə sədrinin bəraət hökmündən protest verib

Prokurorluq sabiq bələdiyyə sədri Əhməd Hüseynovun bəraət hökmündən protest verib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

“Səbail bələdiyyəsinin sabiq sədri Hüseynov Əhməd Həsən oğluna bəraət verilməsi, eləcə də, ittiham olunduğu cinayət əməlinə tam qiymət verilməməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2023-cü il tarixli hökmündən Baş Prokurorluq tərəfindən apellyasiya protesti verilib”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, istintaqla Ə.Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və Səbail bələdiyyəsinə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməsi, habelə rəsmi sənədləri saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 29, 178.4, 309.1, 313 və 320-ci maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Hüseynov barəsində bəraət hökmü çıxarıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər