27 C
Baku
Tuesday, July 23, 2024

Proqnoz: 2026-cı ilədək Azərbaycanın neft-qaz sektoruna investisiyalar $20 mlrd. təşkil edəcək

2018-2025-ci illərdə Azərbaycanın neft-qaz sektoruna ümumi investisiyalar $20 mlrd. təşkil edəcək.

Bu məlumatlar Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK-Azərbaycan) dərc etdiyi Market Analysis Azerbaijan 2019-da qeyd olunur.

“Wood Mackenzie” şirkətinin qiymətləndirmələrinə görə, 2018-2025-ci illərdə Azərbaycanın neft-qaz sektoruna investisiyalar $20 mlrd. təşkil edəcək. Bu vəsait həmçinin Xəzərin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqların işlənməsinə yatırılacaq”, – hesabatda qeyd olunur.

Sənəddə vurğulanır ki, 2017-ci ilin payızında Azərbaycan AÇG üzrə tərəfdaşlarla 2050-ci ilədək nəzərdə tutulan yeni saziş imzalanıb. Bu saziş çərçivəsində AÇG blokunda 2050-ci ilədək 500 mln. tona yaxın neft hasilatı planlaşdırılır. Layihəyə investisiyalar $40 mlrd.-ı keçəcək.

“Bütövlükdə, 2018-ci ilin sonuna AÇG blokunun işlənməsinə sərmayələr $44 mlrd. təşkil edib”, – sənəddə qeyd olunur.

Bildirilir ki, 2018-ci ilin sonuna AÇG blokunda 470 mln. ton neft hasil olunub.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.

İnterfax Azərbaycan

Son xəbərlər
Digər xəbərlər