12 C
Baku
Friday, November 8, 2024

Proqnoz: Azərbaycanda kredit kartlarının standartlarında sərtləşmə gözlənilir

2024-cü ilin II rübündə cəmi istehlak kreditləri üzrə kredit standartlarında dəyişiklik nəzərə çarpmasa da, kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinda bildirilir.

Banklar əvvəlki rübdən fərqli olaraq əməkhaqqı kreditləri üzrə kredit standartlarında dəyişiklik müşahidə etmədiklərini bildiriblər.

Sorğuya əsasən banklar 2024-cü ilin III rübündə əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar.

Sorğu nəticələrinə əsasən ümumi istehlak kreditlərinə tələb artıb. Sorğuda iştirak edən respondentlərin cavablarına görə bu artım əsasən əməkhaqqı kreditləri və məişət avadanlıqlarının alınması üzrə verilən kreditlər hesabına olub. Banklar 2024-cü ilin növbəti rübündə ümumi istehlak kreditlərinə tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

Sorğu nəticələrinə əsasən istehlak kreditləri üzrə inflyasiya gözləntiləri və maliyyələşmə dəyəri kredit standartlarına sərtləşdirici təsir edib. Əvvəlki rüblə müqayisədə bankın mövcud və gözlənilən likvidlik mövqeyi sərtləşdirici faktor kimi daha az təsirə malik olub. Həmçinin cari ilin I rübündən fərqli olaraq II rübdə bankın mövcud və gözlənilən kapital mövqeyi ipoteka kredit standartlarına yumşaldıcı faktor kimi təsir edib. Sorğuya əsasən digər banklarla rəqabət də kredit standartlarına yumşaldıcı təsir etmişdir.21 23

Son xəbərlər
Digər xəbərlər