“ABŞ-la ticarət qaydaları dəyişib və bu, bütün tərəfdaş ölkələrə aydın olub”.
TASS agentliyinə istinadən, bu açıqlamanı ABŞ Prezidenti Donald Tramp öz “Twitter” səhifəsində paylaşıb.
Prezident bildirib ki, ABŞ tezliklə öz ticarət balansındakı kəsiri aradan qaldıracaq: “Mənim Asiya ölkələrinə səyahətimdən sonra bizimlə ticarət edən ölkələr anladılar ki, qaydalar artıq dəyişib. ABŞ-la qarşılıqlı əməkdaşlıq düzgün aparılmalıdır. ABŞ-n həddindən artıq yüksək ticarət kəsiri artıq azalmalıdır”.
Qeyd edək ki, ABŞ-ın 2017-ci ilin ilk 9 ayında xarici ticarət kəsiri 403,1 mlrd. dollar təşkil edib, bu da, təxminən, ÜDM-in 2,1%-nə bərabərdir.
“Report”un analitik qrupu bildirir ki, ABŞ-ın ticarət kəsirini azaltması onun ticarət tərəfdaşlarının ticarət profisitinin azalmasına, hətta mənfi saldoya keçməsi ilə nətəcələnə bilər: “Nəticədə ABŞ-dan daha az valyuta axını baş verəcək ki, bu da ölkədə likvidliyin artmasına, FED-in faizləri artırmasına və əlavə likvidliyi absorbasiya etməsinə gətirib çıxaracaq. Bu addımların hamısının nəticəsi isə ABŞ dollarının möhkəmlənməsinə səbəb olacaq”.
Analitik qrup Trampın mümkün ikinci prezidentlik dövründə, yəni 2020-ci ildən sonra dolların məzənnəsinin 0,8 avrodan aşağı olacağını, qızılın 750-800 dollar/unsiya, neftin isə 25 dollar/barel səviyyəsində olacağını proqnozlaşdırır.