13 C
Baku
Friday, November 15, 2024

Proqnoz: Dolların məzənnəsini I rübdə ciddi dəyişiklik gözləmir

Dünya valyuta birjalarında ABŞ dollarının məzənnəsinin 2017-ci ilin ilk rübündə ciddi hərəkəti gözlənilmir. ABŞ Federal Ehtiyat Sisteminin (FED) sabah başlayacağı 2 günlük iclasında uçot dərəcəsinin artırılması gözlənilmir. Bu səbəbdən dolların məzənnəsinin yumşaq azalma trendi izləməsi proqnozlaşdırılır. 

Fevralın 1-də bitəcək FED iclasından sonra qurumun rəhbəri Canet Yellenin mətbuat konfransı keçirməyəcəyi bildirilir. Lakin investorlar diqqətlə FED-in yekun qərar mətnində iqtisadi proqnozlarla bağlı fikirləri incələyərək qurumun bu il 3 dəfə faizləri artırıb-artırmayacağı ilə bağlı fikirlərini axtaracaqlar.

“Report”un analitik qrupu fevralın 1-də FED iclasının yekun mətnində ciddi dəyişikliklərlə bağlı siqnalların verilməyəcəyini ehtimal edir. Dolların məzənnəsinin yüksəlməsi FED-in uçot dərəcələrini artırmasından çox, Avropadakı siyasi problemlərin, xüsusilə də bir sıra ölkələrdə bu il keçiriləcək seçkilərdə Avropa İttifaqı (Aİ) əleyhdarı olan siyasi partiyaların qazanacağı uğurdan asılı olacaq. Belə ki, Aİ əleyhdarları seçkiləri qazanarsa, avronun məzənnəsi dollarla müqayisədə sərt şəkildə azala bilər. İlk rübdə isə avro/dollar məzənnəsinin əsasən 1,06-1,08 USD/EUR diapazonunda hərəkət edəcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər