6 C
Baku
Sunday, December 15, 2024

Proqnoz: ECB-nin protokollarından sonra dollar daha da möhkəmlənə bilər

ABŞ Federal Açıq Bazar Komitəsinin (FOMC) dünənki protokollarında dolları dəstəkləyən açıqlamalarından sonra investorlar Avropa Mərkəzi Bankının (ECB) bu gün, Bakı vaxtı ilə saat 16:30-da açıqlayacağı protokolları gözləyirlər. Analitik qrupu bildirir ki, ECB-nin protokollarında bir müddətdir qoruduğu gözləmə mövqeyini davam etdirməsi gözlənilir.

“Report”un analitik qrupu ECB-nin protokollarında avrozona iqtisadiyyatı və inflyasiya barədə müsbət fikirlər səsləndirməsini gözləmir. ECB-nin monetar stimullaşdırmanı 2019-cu ildə tamamlaması və daha sonra uçot dərəcəsinin yüksəltməsi gözlənilir.

“Böyük ehtimalla, protokollardan sonra avronun məzənnəsi düşəcək. USD/EUR məzənnəsinin hazırkı 1,2270 səviyyəsindən tədricən 1,20 səviyyəsinə qədər geriləməsi mümkündür. Lakin bu, qısamüddətli olacaq. FED, dolların ucuz qalması üçün 2018-ci ildə bütün sözlü və maliyyə alətlərindən istifadə edəcək ki, ABŞ-ın ixracı və inflyasiya hədəf səviyyəyə qədər artsın. Bu səbəbdən, 2018-ci ildə USD/EUR məzənnəsinin 1,20-1,26 diapazonunda dalğalanması gözlənilir”, – deyə analitiklər əlavə ediblər.

Son xəbərlər
Digər xəbərlər