Mərkəzi Bank sonuncu görüşü zamanı fiskal siyasətin dəstəyi ilə məcmu tələbin artması gözləntiləri fonunda öz inflyasiya gözləntilərini bu ilin sonuna 4% olaraq proqnozlaşdırır. Bunu Banker.az-a “UniCapital” İnvestisiya Şirkətindən bildirlər.
İnvestisiya şirkıti qeyd edib ki, bu isə Mərkəzi Bankın hədəflədiyi səviyyədir.
“Artacaq inflyasiya gözləntiləri fonunda uçot faiz dərəcəsinin kəskin azaldılması ehtimalı aşağı görünür” – deyə, şirkətin proqnozunda deyilir.
Bildirək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin faiz parametrləri ilə bağlı növbəti görüşü mart ayının 19-na planlaşdırlıb.
AMB-nin İdarə Heyəti uçot dərəcəsinə görə 2021-ci ilin ilk iclasını (29 yanvarda) sabit saxladı. Həmin iclasda uçot dərəcəsinin 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanmışdı.
AMB həmin qərarda ortamüddətli dövr üzrə inflyasiya və anti-inflyasiya amillərinin tarazlaşması nəzərə alınaraq qəbul edildiyni bildirmişdi. Pul siyasətinin dəyər baxımından yumşaldılmasında fasilə mövcud qeyri-müəyyənliklərin və uçot dərəcəsində dəyişmə potensialının qiymətləndirilməsi ilə bağlı olduğunu qeyd etmişdi.
“UniCapital” analitikləri də düşünür ki, Mərkəzi Bank bu müddət ərzində inflyasiya və digər qlobal, regional və iqtisadi amillərin necə dəyişəcəyini izləyərək, martda qərar verəcək.