Qlobal neft anlaşmasının taleyi fevralın 17-də İranda keçiriləcək OPEC üzvləri ilə İran arasında görüşdə həll olunacaq. “Reuters” və “Bloomberg” agentliklərinə istinadən verdiyi xəbərə görə, OPEC ölkələrinin nümayəndələrindən ibarət heyətin bu gün Tehranda sanksiyalardan əvvəl azad olmuş İranı hasilatın azaldılmasına inandırması lazım gələcək. Bunun üçün İran tərəfinə xüsusi imtiyazlı şərtlərin təklif edilməsi gözlənilir.
Qeyd edək ki, dünən, fevralın 16-da Qətərin paytaxtı Dohada Rusiya, Səudiyyə Ərəbistanı və Venesuelanın neft və energetika nazirlərinin görüşündə hasilatın 11 yanvar səviyyəsində dondurulması barədə razılıq əldə edilib. Rusiya və Səudiyyə Ərəbistanı dünya neft hasilatının 21%-nə sahibdir.
Almaniyanın “Commerzbank”ına görə, bugünkü görüşdə əsas qərar İran və İraq tərəfindən verilməlidir. Bankın ekspertləri hesab edirlər ki, İraq tərəfi hasilatı dondurmaq qərarına müsbət yanaşsa da, İran tərəfinin bunu qəbul edəcəyi real görünmür. Çünki İran 3 ildir davam edən embarqodan yenicə azad olub və iqtisadiyyatını canlandırmaq üçün neft gəlirlərinə ehityacı var. Dünən İranın neft naziri Bijan Namdar Zənganeh açıqlamasında də təklifə müsbət yanaşmadığını bildirib.
Britaniyanın “Barclays” bankının analitikləri isə İran və İraqın hasilatın artırılmaq mərhələsində olduqları üçün qlobal neft hasilatını dondurmaq qərarında ən kritik iki ölkə hesab olunur. Digər neft hasilatçısı ölkələr onsuz da hasilatın maksimal səviyyəsindədir. Ona görə də İran və İraqın bugünkü qərarı neft qiymətlərinin gələcəyini həll edəcək.
Hazırkı vəziyyətdə İraq öz maksimal hasilatını dondurmaq və ya azaltmaq fikrinə müsbət yanaşa bilər. Belə ki, Beynəlxalq Enerji Agentliyinin (EIA) hesabatına görə, İraqın gündəlik neft hasilatı yanvar ayında 4,35 mln. barelə çatıb, 2020-ci ilə qədər isə bunun 6 mln. barelə çatdırılması planlaşdırılır.
Report