10 C
Baku
Wednesday, December 11, 2024

Proqram təminatı şöbəsinə proqramçı / baş proqramçı – Rabitabank ASC

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

“Rabitabank” ASC İT departamentinin Proqram təminatı şöbəsinə proqramçı / baş proqramçı  vəzifələrinə işə qəbul elan edir.

Əsas vəzifə öhdəlikləri:

• Cari proyektlərin təkmilləşdirilməsi  və onlara dəstək
• Bank və maliyyə hesabatlarının hazırlanması və mövcüd hesabatlara dəstək

Namizədə qarşı tələblər:

• Ali təhsilli olmalı  (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika və s.sahələrdə olması arzuolunandır);
• Tələb olunan sahə üzrə ən az 2 il iş təcrübəsi olmalı (bank sektorunda təcrübəsi olanlara üstünlük verilir);
• PL/SQL, C#,-Delphi, C++ builder üzrə bilikləri olmalı;
• Analitik düşünmə və böyük baza ilə işləmək qabiliyyəti;
• Azərbaycan dilində sərbəst, ingilis və rus dillər üzrə baza biliklərin olması (texniki sənədlərin oxunub, tərcümə olunması səviyyəsində);
• Komandada işləmək bacarığı;
• Diqqətlilik, operativlik, məsuliyyətlik  kimi müsbət göstəricilərə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E-mail: [email protected]
Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Son xəbərlər
Digər xəbərlər