21 C
Baku
Friday, April 26, 2024

Prosessor çatışmazlığı 2022-ci ilədək davam edəcək

“Apple”, “Qualcomm”, “AMD” və s. şirkətlər üçün prosessor, kontroller və digər çiplərin istehsalı ilə məşğul olan “TSMC” korporasiyası mikrosxem çatışmazlığının 2022-ci ilədək davam edəcəyi barədə xəbərdarlıq edib. Bu barədə korporasiyanın baş direktoru Si Si Vey bildirib.

“TSMC” rəhbərinin şərhi “Intel” şirkətinin yeni baş direktoru Pet Gelsingerin proqnozlarını təsdiq edir. “Intel” təmsilçisi bu həftə xəbərdarlıqla çıxış edib ki, yarımkeçirici məhsullar ilə bağlı problemin həlli üçün bir neçə il tələb oluna bilər.

Qlobal çip çatışmazlığı avtomobil istehsalçılarından tutmuş, televizor və məişət texnikası istehsalçılarınadək hamıya şamil edilib. Prosessorla əlaqədar bütün sahələrdə defisit səbəbindən tədarük həcmi azaldılıb. Hazırda “TSMC” şirkətinin istehsal zavodları 100 faizdən çox yüklənib. Şirkət növbəti rübdə tədarükü artıracağına söz versə də, “NVIDIA”, “Intel” və s. istehsalçıların fikrincə, mikroçip böhranı yaxın vaxtlarda davam edəcək.

“TSMC” yeni istehsalın işə salınmasına aktiv vəsaitlər yatırır. Yaxın vaxtlarda şirkətin istehsalın modernləşdirilməsi və genişləndirilməsinə 30 milyard dollar xərcləyəcəyi gözlənilir. Yaxın üç ildə məbləğin 100 milyard dollaradək artırılacağı bildirilir.

Mənbəİctnews
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər