11 C
Baku
Monday, November 25, 2024

Proteksionizm nədir?

Proteksionizm milli iqtisadiyyatın stimullaşdırılmasına, daxili bazarın xarici rəqabətdən qorunmasına yönəldilmiş dövlət siyasətidir.

Proteksionizm xarici mallara yüksək gömrük tarifləri, bir sıra xarici malların idxalına məhdudiyyətlər və ya qadağalar qoymaqla, valyuta məhdudiyyətləri, qeyri-tarif maneələri tətbiq etməklə həyata keçirilir.

Həmçinin bu sıraya milli sənayenin və yaxud kənd təsərrüfatının idxalına yardımı, daxili ticarətdə lisenziya sistemin istifadə edilməsinin təmin edilməsini, idxal vergilərinin təyin edilməsini də aid etmək olar.

Xarici mallara yüksək rüsumun təyin edilməsi daxili bazarda qiymətlərin qalxmasına gətirib çıxarda bilər. AİC sərhədlərində belə rüsumlar ləğv edilib. Digər ölkələrə qarşı kollektiv proteksionizm tətbiq olunur. Həmçinin bütün dünyada qeyri-tarif maneələrin rolu artır. ABŞ-da malların 35% , Qərbi Avropa ölkələrində isə 30% qeyri-tarif maneələri ilə müdafiə olunub.

İdxalla əlaqəli olan sahələrin maliyyələşdirilməsi, idxalçıların subsidiyalaşdırılması və istiqrazlaşdırılması yolu ilə idxal stimullaşdırılır və dəstəklənir. Bu proteksionizmin geniş yayılmış bir şəklidir.

Son xəbərlər
Digər xəbərlər