15 C
Baku
Friday, April 26, 2024

Prudensial siyasət və metodologiya idarəsi – analitik (Kapital bazarları üzrə) -MBNP

Prudensial siyasət və metodologiya idarəsi – analitik (Kapital bazarları üzrə)

Namizədə dair tələblər:

•  Ali təhsil (İqtisadiyyat üzrə);

•  Anoloji sahə üzrə ən azı 2 il iş təcrübəsi;

•  Analitik düşüncə və  riyazi hesablama aparmaq qabiliyyəti;

•  İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;

•  Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;

•  İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;

•  İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

•  İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

• Maliyyə analizi və investisiya sahəsi üzrə beynəlxalq peşəkar kvalifikasiyalı sertifikatkarın  olması arzuolunandır.

İşin təsviri:

• Kapital bazarlarının tənzimlənməsi üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanmasında iştirak edir;

•  Qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq kapital bazarı iştirakçılarının fəaliyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi üzrə təkliflər verir;

•  Kapital bazarının iştirakçılarının dayanıqlığına təsir edə biləcək amilləri və risk faktorlarını mütəmadi olaraq qiymətləndirir;

•  Aparılmış təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;

•  Kapital bazarı iştirakçılarından daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlayır;

Vakansiyanın tələblərinə uyğun gəldiyiniz halda, CV formasını tam dolduraraq e-mailin “subject” hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər