Prudensial siyasət və metodologiya idarəsi – analitik (Kapital bazarları üzrə)
Namizədə dair tələblər:
- Ali təhsil (İqtisadiyyat üzrə);
- Anoloji sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;
- İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- İT resursları və ofis proqramları ilə işləmək bacarığı.
- Maliyyə analizi və investisiya sahəsi üzrə beynəlxalq peşəkar kvalifikasiyalı sertifikatkarın olması arzuolunandır.
İşin təsviri:
- Kapital bazarlarının tənzimlənməsi üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanmasında iştirak edir;
- Qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq kapital bazarı iştirakçılarının fəaliyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi üzrə təkliflər verir;
- Kapital bazarının iştirakçılarının dayanıqlığına təsir edə biləcək amilləri və risk faktorlarını mütəmadi olaraq qiymətləndirir;
- Aparılmış təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;
- Kapital bazarı iştirakçılarından daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlayır;
Ətraflı məlumat üçün : http://www.fimsa.az/pages/325