Prudensial siyasət və metodologiya idarəsi – analitik (sığorta sahəsi üzrə)
Namizədə dair tələblər:
- Ali təhsil (İqtisadiyyat üzrə);
- Analoji sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;
- İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- İT resursları və ofis proqramları ilə işləmək bacarığı.
İşin təsviri:
- Sığorta təşkilatlarının fəaliyyətinin tənzimlənməsi üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanmasına dəstək verir;
- Qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq sığorta təşkilatlarının fəaliyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi üzrə təkliflər verir;
- Sığorta sisteminin maliyyə sabitliyinə və dayanıqlığına təsir edə biləcək amilləri və risk faktorlarını mütəmadi olaraq müəyyənləşdirir və təhlil edir;
- Aparılmış təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;
- Sığorta sektorundan daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlayır;
Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.