Prudensial siyasət və metodologiya idarəsi – Böyük analitik (sığorta sahəsi üzrə)
Namizədə dair tələblər:
– Ali təhsil (maliyyə/iqtisadi/riyazi);
– Analoji sahə üzrə ən azı 3 il iş təcrübəsi;
– Azərbaycan dilində mükəmməl səviyyədə danışıq və yazı bacarığı, İngilis dilində yaxşı səviyyədə danışıq və yazı bacarığı;
– Sığorta nəzarətinin normativ-metodoloji bazası üzrə peşəkar səviyyədə bilik;
– Yüksək dərəcədə analitik düşünmə, qərarvermə qabiliyyəti, intensiv rejimdə və kollektiv mühitində işləmək bacarığı;
– Yüksək səviyyədə kompüter savadı.
İşin təsviri:
– Sığorta təşkilatlarının fəaliyyətinin tənzimlənməsi üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanı hazırlayır;
– Qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq sığorta təşkilatlarının fəaliyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi üzrə təkliflər verir;
– Aparılmış təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər verir;
– Sığorta sektorundan daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlanması yönündə istiqamətlər verir.
Vakansiyanın tələblərinə uyğun gəldiyiniz halda, CV formasını tam dolduraraq e-mailin “subject” hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.







