16 C
Baku
Monday, April 29, 2024

Prust fenomeni nədir?

Psixoloqların artıq sübut etdiyinə görə qoxular alıcılara səs və visual effektlərdən daha güclü şəkildə təsir etməyə qadirdir. Və dünya bazarında iştirakçı olan aparıcı marketoloqlar bundan müştəriləri cəlb etmək üçün fəal şəkildə istifadə edir. Yaddaş və qoxu bir-biri ilə sıx bağlıdır. Buna görə də hər hansı bir məhsulu aldıqdan sonra həmin mağazaya geri dönərək eyni məhsuldan almaq istəyəcəksiniz. Məhz bu Prust fenomeni adlanır.

Bütün uğurlu şirkətlər öz marketinq gedişlərində Prust effektindən istifadə edir. Lakin bununla belə əksər şirkətlər bunu inkar edir. Apple kimi uğurlu şirkət öz reklamlarında məhsulları üçün hər hansı bir cəlbedici amildən istifadə etmədiyini bildirir. Lakin bu yalandır. Bütün alıcılara iPhone və MacBook qoxusu yaxşı tanışdır. Bu yaxınlarda belə məlum oldu ki, “Air Aroma” şirkəti xüsusi olaraq Apple məhsulları üçün “Apple Mac” ətrini hazırlamışdır.

Prust effektindən istifadə edən brendlərdən biri də Nike-dır. Nike öz mağazalarında xüsusi gül ətri yayır ki, bu da bütün məhsulların üzərinə hopur. Lakin bu hələ son deyil. Aldığınız ayaqqabını bir müddət geydikdən sonra gül ətri artıq yoxa çıxacaq və onun əvəzinə ayaqqabıdan xoşagəlməz pişik ifrazatının qoxusunu hiss edəcəksiniz. Bu ona görə belə edilir ki, müştəri daim Nike mağazasına geri dönərək yeni məhsul əldə etdin.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər