6 C
Baku
Friday, November 8, 2024

“PSA Group” və “Fiat” avtomobil istehsalçılarının birləşməsi məsələsi öz həllini tapdı

“2 + 2 = 4” riyazi aksioması İtaliyanın “Fiat Chrysler Automobiles” və Fransanın “PSA Group (Peugeot-Citroen) şirkəti arasında yeni avtomobil alyansını nümayiş etdirməyə hazırlaşır.

Qeyd edildiyi kimi, istehsalçıların nümayəndələri yeni nəhəngin yaradılmasını artıq bu gün elan etməlidirlər. Müqavilənin şərtlərində demək olar ki, heç bir dəyişiklik olmayıb. Daha əvvəl verilən məlumata görə, istehsalçılar yeni biznesin 50%-ni alacaqlar.

Tənzimləyicilərin diqqətini çəkməmək üçün tərəfdaşlar Çinin “Dongfeng” avtomobil korporasiyasının sahib olduğu “Peugeot” səhmlərinin bir hissəsini alacaqlar.

Birləşdirilmiş konsernin kapitallaşması təqribən 50 milyard dollar dəyərində qiymətləndirilir, avtomobil istehsalının ildə 8,5 milyonu ötəcəyi gözlənilir. Beləliklə, qrup yalnız “Volkswagen”, “Toyota” və “Renault-Nissan” dan sonra dünyada dördüncü avtomobil şirkətinə çevriləcək.

Son xəbərlər
Digər xəbərlər