3 C
Baku
Saturday, December 14, 2024

Psaki: ABŞ-ın Ukraynaya $250 mln. yardım etmək imkanı var

Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, ABŞ Prezidenti Co Bayden Ukraynaya daha 250 milyon dollar dəyərində silah ayıra bilər və tədarükün genişləndirilməsi üçün Konqres əlavə maliyyəni təsdiqləyəcək.

Banker.az bu barədə “RT.ru”ya istinadən xəbər verir.

“Bildiyiniz kimi, biz hərbi yardım üçün 3.5 milyard dollar ayırmışıq. Bundan 250 milyon dollarımız qalıb. Ukraynalılara yardım göstərməyə davam etmək, lazımi silahlara, artilleriyaya, texnikaya sahib olmaq üçün təcili olaraq bu maliyyələşdirmədə irəliləmək lazımdır”, – deyə Psaki qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden aprelin 28-i Ukraynaya dəstək üçün Konqresdən 33 milyard dollar istəyib.

Daha əvvəl ABŞ-ın Nümayəndələr Palatası Ukraynaya hərbi dəstək qanununu təsdiq edib.

Son xəbərlər
Digər xəbərlər