ABŞ neft bazarını sabitləşdirmək üçün OPEC ilə əlaqə saxlayır və qiymətləri aşağı salmaq məqsədilə bütün mümkün variantları araşdırır.
“RİA Novosti” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
“OPEC də daxil olmaqla, bütün beynəlxalq tərəfdaşlarla rəqib bazarlar barədə müzakirələr aparmaqda davam edirik. Sizi əmin etmək istərdim ki, biz yalnız OPEC ilə qarşılıqlı əlaqədə deyilik. Neft və benzinin qiymətini azaltmaq üçün əlimizdə olan bütün vasitələri nəzərdən keçiririk”, – Psaki qeyd edib.