“PSG Finans” BOKT böyük borclanmaya girsə belə, ili uğurlu tamamlayıb

“PSG Finans” bank olmayan kredit təşkilatı MMC 2019-cu il üzrə 808 min manat xalis mənfəət əldə edib.

Bu barədə Banker.az BOKT-un ötən il üzrə açıqladığı maliyyə hesabatında deyilir.

“PSG Finans” ötən il 1 milyon 785 min manatlıq faiz gəliri (3 dəfəyə yaxın artım) əldə etməklə bərabər cəmi 187 min manatlıq aldığı borclardan faizlər ödəyib. Nəticədə BOKT 1 milyon 598 min manat xalis faiz gəliri əldə edib (2018: 566 min man.).

Bu gəlirlər qarşısında BOKT-un mənfəəti 937 min manat düşüb və xalis mənfəətdən öncə 129 min manat vergi ödəməli olub. Xalis mənfəətdən sonra BOKT-un öncəki illərdən yığılmış 996 min manat zərəri hesabat ilin sonuna 188 min manata düşüb. Bununla yanaşı, əlavə olaraq öncəki il niz. kapitalının 1.5 dəfə artırmasını hesabına cəmi kapitalı 5 dəfəyə yaxın artımla 4 milyon 75 min manata yüksəlib.

Aldığı borcları tam gücü ilə kreditləşməyə yönəltməkdən “çəkinib”

“PSG Finans” ötən il ərzində əlavə borclara girməklə faizli borcunun həcmini 2 milyon 322 min manatdan 6 milyon 612 min manata qədər artırmalı olub. Bu borcalmadan sonra BOKT son bir ildə kredit portfelini  5 milyon 242 min manat artırmaqla 7 milyon 590 min manata qaldırıb. Qalan məbləği isə əlində nağd olaraq  2 milyon 397 min manatını saxlayıb. Bildirmək lazımdır ki, cəlb olunan bu borclara görə BOKT illik faiz ödəyir. Lakin, yuxarıda da gördük ki, hələki BOKT-un faiz xərcləri gözəçarpan dərəcədə böyük deyil.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları