27 C
Baku
Friday, July 19, 2024

“PSG Finans” BOKT məhkəməyə verildi

“PSG Finans” BOKT MMC məhkəməyə verilib.

Banker.az xəbər verir ki, buna səbəb İctimai Qayda, İctimai Təhlükəsizlik və İctimai Mənəviyyat Əleyhinə Olan İnzibati Xətalardır.

Belə ki, “PSG Finans” BOKT barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib olunub.

İş hakim Aydın Babayevin icraatına verilib.

Xatırladaq ki, həmin maddəyə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər