1 C
Baku
Saturday, December 14, 2024

“PSG Kapital” əməliyyatında yaranan zərər onun mənfəətinə təsir edib

“PSG Kapital İnvestisiya Şirkəti” ASC-nin gəlirlərinin azalması fonunda bir sıra xərclərinin artması onun xalis mənfəətinə mühüm təsiri oldu.

Banker.az investisiya şirkətinin illik audit hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə 1 mln 956 min manat cəmi gəlirlərə qarşı 738 min manat xalis mənfəət əldə edib.

İnvestisiya şirkətinin gəlirləri illik müqayisədə 6 faiz azalıb. Şirkətin fiaz gəlirləri 14 faiz azalaraq 719 min manata, investisiya konsultasiyası üzrə gəlirləri 35 faiz azalaraq 240 min manata, aktivlərin idarə edilməsi üzrə gəliri 68 faiz azalaraq 150 min manata düşüb.

2022-ci ildən fərqli olaraq 2023-cü ildə apardığı əməliyyatlar üzrə 330 min manat ətrafında zərər edib.

Beləliklə, 2022-ci ildəki 1 mln. 88 min manat xalis mənfəət bu 2023-cü ildə 32 faiz az olub.

Xatırladaq ki, “PSG Kapital İnvestisiya Şirkəti” ASC 2016-cı ildə təsis edilib. Şirkətin 6 milyon 250 min manat nizamnamə kapitalı var və kapitalın 100%-i Faiz  Məmmədov Ağabala oğluna məxsusdur.

2323233

Son xəbərlər
Digər xəbərlər