29 C
Baku
Wednesday, July 24, 2024

“PSG Kapital İnvestisiya Şirkəti”nin mənfəəti 2 dəfə azalıb

“PSG Kapital İnvestisiya Şirkəti” QSC 2022-ci ili 863 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə investisiya şirkətinin mənfəəti 1 milyon 718 min manat olub ki, bu da illik müqayisədə 2 dəfə azalma deməkdir.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir

Ötən il “PSG Kapital”ın gəlirləri 2 milyon 88 min manat (əvvəlki illə müqayisədə 31% az), mənfəət vergisi ödəmələri isə 225 min manat (1.9 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “PSG Kapital”ın aktivləri 26 milyon 347 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 1.7 dəfə azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 2 dəfə azalaraq 17 milyon 74 min manata, kapitalı 5% azalaraq 9 milyon 273 min manata düşüb.

Xatırladaq ki, “PSG Kapital” 2012-ci ildə yaradılıb. Onun səhmdarı 100% Faiq Məmmədovdur. İnvestisiya şirkəti Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının market-meykeridir.

Son xəbərlər
Digər xəbərlər