21 C
Baku
Saturday, June 7, 2025

“PSG-Kapital İnvestisiya Şirkəti” mənfəət açıqlayıb

“PSG-Kapital İnvestisiya Şirkəti” 2024-cü ili 364,6 min manat xalis mənfəətlə başa vurub. Bu, 2023-cü illə müqayisədə 38%-lik artım deməkdir.

Banker.az investisiya şirkətinin illik audit hesabatına istinadən xəbər verir ki, əsas gəlir mənbələri olan qiymətli kağızlar üzrə əməliyyatlardan gəlir 73%-lik artımla 553.5 min manata yüksəlib. Komissiya gəlirləri isə 436.2 min manat olub – bu göstərici ötən illə müqayisədə 46% artıb.

Əvəzində, qeyri-faiz xərcləri 1.27 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən azalma (öncəki ildə 1.87 milyon manat idi) göstərir. İl üzrə cəmi məcmu gəlir 454,8 min manat olub – 2023-cü illə müqayisədə 52.5% azalma (2023: 958,437 manat).

2024-cü ilin sonunda “PSG-Kapital İnvestisiya Şirkəti”nin aktivləri 32.7 milyon manata çatıb. Öhdəliklər4.2 milyon manat, kapital isə 8.96 milyon manat olub.

Xatırladaq ki, “PSG-Kapital İnvestisiya Şirkəti” ASC 2012-ci ildə təsis edilib. Şirkətin 6.25 mln. manatlıq nizamnamə kapitalının 100% payçısı Faiq Məmmədov adlı fiziki şəxsdir. Səhmdar həm də “Monetri BOKT” MMC-nin (əvvəl: “PSG Finans BOKT”) 12.5%-lik həmtəsisçisidir. İnvestisiya şirkəti isə Bakı Fond Birjasının 4.76%-lik səhmdarıdır.

 

Son xəbərlər
Digər xəbərlər