“PSG-Kapital İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının üzvlərindən biri vəzifəsindən kənarlaşıb.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığəncağının qərarı ilə Babək Orucov Nəcəfqulu oğlunun adı Müşahidə Şurasından çıxarılıb.
Onun yerinə təyinat olmayıb.
Bununla belə, Babək Orucov investisiya şirkətinin Audit Komitəsinin sədri vəzifəsində qalmaqdadır.
Qeyd edək ki, Müşahidə Şurasına Şahin Rəcəbov Fəxrəddin oğlu sədrlik edir.
Xatırladaq ki, “PSG-Kapital İnvestisiya Şirkəti” ASC 2012-ci ildə təsis edilib. Şirkətin 6.25 mln. manatlıq nizamnamə kapitalının 100% payçısı Faiq Məmmədov adlı fiziki şəxsdir. Səhmdar həm də “PSG Finans bank olmayan kredit təşkilatı”nın 12.5%-lik həmtəsisçisidir. İnvestisiya şirkəti isə Bakı Fond Birjasının 4.76%-lik səhmdarıdır.