Azərbaycanın maliyyə bazarında fəaliyyət göstərən investisiya şirkətlərindən biri — “PSG-Kapital İnvestisiya Şirkəti” ASC ad dəyişikliyinə gedərək, fəaliyyətini “İnno Kapital İnvestisiya Şirkəti” ASC kimi davam etdirəcək.
Bu barədə Banker.az-a “İnno Kapital İnvestisiya Şirkəti”ndən bildirilib.
Ad dəyişikliyi ilə yanaşı, şirkət daha çevik və innovativ bazar yanaşmalarını ön plana çıxarmağı, həmçinin yeni dövrdə daha güclü brend imici ilə fəaliyyət göstərməyi hədəfləyir.
Hazırda 6 milyon 250 min manat nizamnamə kapitalına malik olan “İnno Kapital İnvestisiya Şirkəti” ASC-nin yeganə səhmdarı Faiq Ağababa oğlu Məmmədovdur. Şirkət 27 iyul 2012-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Şirkətin qanuni təmsilçisi Səttərov Fəxri Rasim oğludur. Hüquqi ünvanı isə Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 13-də yerləşir.
“İnno Kapital İnvestisiya Şirkəti” ASC tərəfindən verilən məlumata əsasən, şirkət 2023-cü ili 265 min manat, 2024-cü ili isə 365 min manat xalis mənfəət ilə başa vurub.