16 C
Baku
Saturday, April 27, 2024

Psixoloji müdafiə üsulları

Psixoloji müdafiə – yetkin şəxsiyyətə xas xüsusiyyətdir. Bu intellekt səviyyəsi, dünyagörüş, diqqətlilik, təhlilə və reflekslərə meyillilik, tənqidi düşüncə, emosional dayanıqlılıq kimi xarakter kompleksini özündə birləşdirir.

Aşağıda sizə psixoloji müdafiə üçün sınanmış bir neçə üsulu təqdim edirik:

 “Ventilyator” üsulu. Sizi daha çox nəyin incitdiyini təhlil edin. Sizi nə qıcıqlandırır? Nə sizi özünüzdən çıxararaq əsəblərinizi yerindən oynadır? Qarşı tərəfin sizi əsəbləşdirən konkret sözlərini, davranışlarını, intonasiyasını yada salın. Gözlərinizi yumun və beyninizi, hətta əzələlərinizi belə qıcıqlandıran bütün bu acı, iynəli, qıcıqlandıran sözləri gözünüzün önündə canlandırın.

İndi isə təsəvvür edin ki, sizə psixoloji zərbə endirən şəxslə qarşı-qarşıya əyləşmisiniz. O sizi əsəbləşdirməyə başlayır. Üzərinizdə bu zərbəni hiss etməyə çalışın. Bədəninizin hansı hissəsi ağrıya daha çox reaksiya verir? Sizinlə nə baş verir? Bu zaman emosiyaların ventilyasiyası üsulundan istifadə edin. Təsəvvür edin ki, sizinlə həmin şəxs arasında güclü bir ventilyator var və o həmin şəxsin iynəli sözlərini bir göz qırpımında kənara aparır və sizi bu zərbələrdən qoruyur.

“Akvarium” üsulu. Sizə qarşı davranışda mənfi xarakterli bir insanla ünsiyyət qurduqda onun davranışlarından qıcıqlanmağa başlamısınızsa, psixoloji sağlamlığınız üçün onunla sizin aranızda böyük, şüşələri qalın, səs keçirməyən bir akvarium olduğunu təsəvvür edin. Rəqibiniz bu qalın şüşə qatının arxasında dayanıb və danışır. Siz isə onu eşitmir və sadəcə görürsünüz. Və siz özünüidarənizi itirməyərək və ruh sakitliyinizi qoruyaraq mübahisəyə təhrik atəşinə cavab vermirsiniz. Bununla da vəziyyəti öz xeyrinizə dəyişmiş olursunuz.

“Disneyland” üsulu. Psixoloji zərbə xəstəliyini bütün insanlarla sanki uşaqlarmış kimi davranaraq yüngülləşdirmək olar. Axı siz düşünmə qabiliyyəti elə də yüksək olmayan uşaqlara əsəbiləşmirsiniz, elə deyilmi? Onlar uşaq olaraq bütün dəcəllikləri edir, sizi qıcıqlandırır, özünüzdən çıxarmağa çalışırlar. Siz nə edirsiniz? Böyük, müdrik bir insan olaraq onlara uşaq olaraq yanaşır, ruh sakitliyinizi qoruyursunuz. Onların sözlərini təhqir kimi deyil, uşaq kaprizi olaraq qəbul edin…

Təsəvvür edin ki, sizi əsəbləşdirən böyük bir qrupa qarşı təksiniz. Güc onlar tərəfdədir. Vəziyyəti idarə etmək üçün yalnız bir üsulunuz var: onları əyləncə parkında oynayan bir uşaq qrupu olaraq təsəvvür edin.

“Tülkü və üzüm” üsulu.  Keçmişdə yaşadığınız və sizi bu günə qədər incidən bir hadisə varsa, həyəcanını hələ də yaşayırsınızsa mənfi “lövbərlərin” qaldırılması texnikasından istifadə edin. “Tülkü və üzüm” hekayəsini xatırlayın: üzümə əli çatmayan tülkü, onun elə də çox üzüm istəmədiyini, hətta onun yaşıl və turş olduğunu deyir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər