23 C
Baku
Thursday, April 25, 2024

PSJ Messinin transferini açıqlayıb – Video

Fransanın PSJ klubu İspaniya “Barselona”sından ayrılan Lionel Messinin transferini açıqlayıb.

Paris təmsilçisi bu barədə tvitterdə video paylaşıb.

33 yaşlı hücumçu müqavilə imzalamaq üçün Fransa paytaxtına çatıb.

Qeyd edək ki, Messi 2003-cü ildən “Barselona”da çıxış edib. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər