Çərşənbə günü pilotsuz təyyarələr Rusiyanın ən böyük neft ixrac terminallarından cəmi 65-80 km şərqdə yerləşən iki neft emalı zavoduna hücum edib, birində yanğına səbəb olub, digərinə isə heç bir ziyan dəyməyib.
Banker.az Reutersə istinadən xəbər verir ki, bu barədə Rusiya rəsmilərinin bildirib.
Rusiyanın dərinliklərində pilotsuz təyyarələrin hücumları son həftələrdə Ukraynanın əks-hücumundan əvvəl Moskvaya, neft kəmərlərinə və hətta Kremlə vurulan zərbələrlə intensivləşib.
Qubernator Veniamin Kondratyev bildirib ki, Bakı vaxtı ilə saat 03:00 radələrində Rusiyanın Krasnodar vilayətindəki “Afipski” neft emalı zavoduna pilotsuz təyyarə vurulub və yanğın sonradan söndürülüb.
“Afipski” neft emalı zavodu Rusiyanın ən mühüm neft ixrac qapılarından biri olan Qara dəniz Novorossiysk limanından 80.5 km şərqdə yerləşir. Zavod hər il təxminən 6 milyon ton (44 milyon barel) neft emal edəcək gücdədir.
Novorossiysk Xəzər Boru Kəməri Konsorsiumu (CPC) terminalı ilə birlikdə dünya neftinin təxminən 1.5%-ni bazara çıxarır.
Ötən il CPC Cənubi Ozereyevka terminalı vasitəsilə əsasən Qazaxıstandan 58.7 milyon ton neft ixrac edib, Novorossiyskdəki Şesxaris terminalı isə təxminən 30 milyon ton neft ixrac edib.