19 C
Baku
Wednesday, June 18, 2025

PUA-larla bağlı bəzi dövlət rüsumları müəyyənləşdi

Prezident İlham Əliyev “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

 

Banker.az  President.aza istinadən xəbər verir ki, fərmanla, həmçinin bəzi sertifikatlarla bağlı rüsumlar da müəyyənləşib.

Belə ki:

– pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi – 15 manat;

– aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi – 15 manat;

– pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi – 10 manat;

– pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi – 10 manat;

– məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi – 10 manat;

– model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi – 10 manat məbləğində rüsum müəyyən olunur.

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə bu linkdən tanış olmaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər