8 C
Baku
Monday, November 18, 2024

“PUA-larla bağlı icazə sistemi sadələşdiriləcək”

Azərbaycanda pilotsuz uçuş aparatları (PUA) ilə bağlı icazə sisteminin sadələşdirilməsi gözlənilir.

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili bildirib.

“PUA-lar elə bir texnologiyadır ki, çox kiçik həcmdə olsa belə böyük təhlükə yarada bilər. Bir neçə santimetr uzunluğunda olan PUA-lar var ki, bir çox hallarda şəxsi həyata, bəzən isə milli maraqlara ciddi təhlükə törədə bilir. Kiçik həcmdə PUA-ların sürü halında uçması istənilən bir təyyarənin qəzaya uğramasında gətirib çıxara bilər.

Hazırda PUA-ların idxalı zamanı 5 dövlət orqanından icazə almaq lazımdır. Bu, bir çox hallarda proseduru kifayət qədər uzadır. Biz texnologiyalardan qaça bilmərik. Onun öyrənilməsi, istifadə edilməsi, yayılması gələcəyimiz üçün vacibdir. Eyni zamanda düşünürük ki, tənzimləməni müəyyən qədər sadələşdirmək lazımdır. Məndə olan məlumata görə, PUA-ların idxalı zamanı icazə alınması sistemi xeyli sadələşdiriləcək, onlayn alətlərdən daha çox istifadə olunacaq. Bu, nəzarətin zəiflədilməsi anlamına gəlməyəcək”, – deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər