26 C
Baku
Saturday, July 27, 2024

PUBG-nin sahibi IPO-ya hazırlaşır: $25 mlrd. kapitallaşma ilə $5 mlrd. cəlb etmək istəyir

“Bloomberg Quint” nəşrinin verdiyi məlumata görə, Cənubi Koreyanın populyar “PlayerUnknown`s Battlegrounds” (PUBG) oyununun sahibi kimi tanınan “Krafton Inc” şirkəti IPO-ya hazırlaşır və 5 milyard dollar maliyyə cəlb etməyi planlaşdırır.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Əgər hər şey plana uyğun şəkildə getsə, bu, Cənubi Koreya üçün ən böyük IPO olacaq. Xatırladaq ki, əvvəlki iki rekord 2010-cu ildə “Samsung Life Insurance” (4.3 milyard dollar), və 2021-ci ildə “Coupang Inc” (4.6 milyard dollar) şirkətləri vurub.

“Krafton” şirkətinin səhmlərinin təxminən 20%-ni satması, nəticədə kapitallaşmasının 25 milyard dollara qədər böyüməsi planlaşdırılır.

Xatırladaq ki, “Krafton” şirkəti 2007-ci ildə qurulsa da, əsas oyunu olan PUBG-ni 2017-ci ildə təqdim edib. Hal-hazırda bu oyun şirkətin əsas gəlir mənbəyinə çevrilib: 2020-ci ilin sonuna qədər PUBG ona 1.5 milyard dollar gəlir gətirib.

Şirkət yaxın gələcəkdə PUBG-ni Hindistanda satışa çıxarmağa hazırlaşır ki, bu da əlavə marketinq xərcləri tələb edir.

Şirkətin 13%-dən çox hissəsi Çinin texnologiya nəhəngi “Tencent”ə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər