Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı təsdiq edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Mərc oyunlarında vəsaitlərin bir hissəsi sosial layihələrə yönəldiləcək“Abituriyent” jurnalının 5-ci nömrəsi çap olunubAvqustun 18-20-də MİQ üzrə müsahibə mərhələsinin nəticələri elan olunub
Bu qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin siyahısı aşağıdakı kimidir:
1. Ali kateqoriya dövlət orqanlarının indeksləri
1-1/ Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
1-2/ Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
1-3/ Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti
1-4/ Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin
xidməti
1-5/ Azərbaycan Respublikasının Nazirlər Kabineti
1-6/ Azərbaycan Respublikasının Milli Məclisi
1-7/ Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
1-8/ Azərbaycan Respublikasının Ali Məhkəməsi
2. 1-ci kateqoriya dövlət orqanlarının indeksləri
2-1/ Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
2-2/ Azərbaycan Respublikasının Baş Prokurorluğu
2-3/ Azərbaycan Respublikasının Hesablama Palatası
2-4/ Məhkəmə-Hüquq Şurasının Aparatı
2-5/ Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı
3. 2-ci kateqoriya dövlət orqanlarının indeksləri
3-1/ Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
3-2/ Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
3-3/ Azərbaycan Respublikasının Hərbi Prokurorluğu
3-4/ Naxçıvan Muxtar Respublikasının Prokurorluğu
3-5/ Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə
Müvəkkilinin (Ombudsmanın) Aparatı
3-6/ Bakı Apellyasiya Məhkəməsi
3-7/ Gəncə Apellyasiya Məhkəməsi
3-8/ Sumqayıt Apellyasiya Məhkəməsi
3-9/ Şirvan Apellyasiya Məhkəməsi
3-10/ Şəki Apellyasiya Məhkəməsi
3-11/ Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
3-12/ Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyasının Katibliyi
3-13/ Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
3-14/ Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi
3-15/ Azərbaycan Respublikasının Energetika Nazirliyi
3-16/ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
3-17/ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
3-18/ Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
3-19/ Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
3-20/ Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
3-21/ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
3-22/ Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
3-23/ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
3-24/ Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
3-25/ Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
3-26/ Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
3-27/ Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
3-28/ Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
3-29/ Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
3-30/ Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi
3-31/ Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
3-32/ Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
3-33/ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
3-34/ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
3-35/ Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi
3-36/ Azərbaycan Respublikasının Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
3-37/ Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
3-38/ Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
3-39/ Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
3-40/ Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
3-41/ Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidməti
3-42/ Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik
Xidməti
3-43/ Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
3-44/ Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
3-45/ Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
3-46/ Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
3-47/ Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi
3-48/ Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi
3-49/ Azərbaycan Respublikası Audiovizual Şurasının Aparatı
3-50/ Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası
3-51/ Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi
3-52/ Bakı Şəhər İcra Hakimiyyəti
4. 3-cü kateqoriya dövlət orqanlarının indeksləri
4-1/ Bakı Ağır Cinayətlər Məhkəməsi
4-2/ Sumqayıt Ağır Cinayətlər Məhkəməsi
4-3/ Gəncə Ağır Cinayətlər Məhkəməsi
4-4/ Şəki Ağır Cinayətlər Məhkəməsi
4-5/ Lənkəran Ağır Cinayətlər Məhkəməsi
4-6/ Bakı İnzibati Məhkəməsi
4-7/ Gəncə İnzibati Məhkəməsi
4-8/ Sumqayıt İnzibati Məhkəməsi
4-9/ Şirvan İnzibati Məhkəməsi
4-10/ Şəki İnzibati Məhkəməsi
4-11/ Bakı Kommersiya Məhkəməsi
4-12/ Gəncə Kommersiya Məhkəməsi
4-13/ Sumqayıt Kommersiya Məhkəməsi
4-14/ Şirvan Kommersiya Məhkəməsi
4-15/ Şəki Kommersiya Məhkəməsi
4-16/ Bakı Hərbi Məhkəməsi
4-17/ Gəncə Hərbi Məhkəməsi
4-18/ Cəlilabad Hərbi Məhkəməsi
4-19/ Füzuli Hərbi Məhkəməsi
4-20/ Tərtər Hərbi Məhkəməsi
5. 4-cü kateqoriya dövlət orqanlarının indeksləri
5-1/ Gəncə Şəhər İcra Hakimiyyəti
5-2/ Lənkəran Şəhər İcra Hakimiyyəti
5-3/ Mingəçevir Şəhər İcra Hakimiyyəti
5-4/ Naftalan Şəhər İcra Hakimiyyəti
5-5/ Naxçıvan Şəhər İcra Hakimiyyəti
5-6/ Sumqayıt Şəhər İcra Hakimiyyəti
5-7/ Şəki Şəhər İcra Hakimiyyəti
5-8/ Şirvan Şəhər İcra Hakimiyyəti
5-9/ Yevlax Şəhər İcra Hakimiyyəti
5-10/ Binəqədi Rayon İcra Hakimiyyəti
5-11/ Xətai Rayon İcra Hakimiyyəti
5-12/ Xəzər Rayon İcra Hakimiyyəti
5-13/ Qaradağ Rayon İcra Hakimiyyəti
5-14/ Nərimanov Rayon İcra Hakimiyyəti
5-15/ Nəsimi Rayon İcra Hakimiyyəti
5-16/ Nizami Rayon İcra Hakimiyyəti
5-17/ Pirallahı Rayon İcra Hakimiyyəti
5-18/ Sabunçu Rayon İcra Hakimiyyəti
5-19/ Səbail Rayon İcra Hakimiyyəti
5-20/ Suraxanı Rayon İcra Hakimiyyəti
5-21/ Yasamal Rayon İcra Hakimiyyəti
5-22/ Babək Rayon İcra Hakimiyyəti
5-23/ Culfa Rayon İcra Hakimiyyəti
5-24/ Kəngərli Rayon İcra Hakimiyyəti
5-25/ Ordubad Rayon İcra Hakimiyyəti
5-26/ Sədərək Rayon İcra Hakimiyyəti
5-27/ Şahbuz Rayon İcra Hakimiyyəti
5-28/ Şərur Rayon İcra Hakimiyyəti
5-29/ Abşeron Rayon İcra Hakimiyyəti
5-30/ Ağcabədi Rayon İcra Hakimiyyəti
5-31/ Ağdam Rayon İcra Hakimiyyəti
5-32/ Ağdaş Rayon İcra Hakimiyyəti
5-33/ Ağstafa Rayon İcra Hakimiyyəti
5-34/ Ağsu Rayon İcra Hakimiyyəti
5-35/ Astara Rayon İcra Hakimiyyəti
5-36/ Balakən Rayon İcra Hakimiyyəti
5-37/ Beyləqan Rayon İcra Hakimiyyəti
5-38/ Bərdə Rayon İcra Hakimiyyəti
5-39/ Biləsuvar Rayon İcra Hakimiyyəti
5-40/ Cəbrayıl Rayon İcra Hakimiyyəti
5-41/ Cəlilabad Rayon İcra Hakimiyyəti
5-42/ Daşkəsən Rayon İcra Hakimiyyəti
5-43/ Füzuli Rayon İcra Hakimiyyəti
5-44/ Gədəbəy Rayon İcra Hakimiyyəti
5-45/ Goranboy Rayon İcra Hakimiyyəti
5-46/ Göyçay Rayon İcra Hakimiyyəti
5-47/ Göygöl Rayon İcra Hakimiyyəti
5-48/ Hacıqabul Rayon İcra Hakimiyyəti
5-49/ Xaçmaz Rayon İcra Hakimiyyəti
5-50/ Xızı Rayon İcra Hakimiyyəti
5-51/ Xocalı Rayon İcra Hakimiyyəti
5-52/ Xocavənd Rayon İcra Hakimiyyəti
5-53/ İmişli Rayon İcra Hakimiyyəti
5-54/ İsmayıllı Rayon İcra Hakimiyyəti
5-55/ Kəlbəcər Rayon İcra Hakimiyyəti
5-56/ Kürdəmir Rayon İcra Hakimiyyəti
5-57/ Qax Rayon İcra Hakimiyyəti
5-58/ Qazax Rayon İcra Hakimiyyəti
5-59/ Qəbələ Rayon İcra Hakimiyyəti
5-60/ Qobustan Rayon İcra Hakimiyyəti
5-61/ Quba Rayon İcra Hakimiyyəti
5-62/ Qubadlı Rayon İcra Hakimiyyəti
5-63/ Qusar Rayon İcra Hakimiyyəti
5-64/ Laçın Rayon İcra Hakimiyyəti
5-65/ Lerik Rayon İcra Hakimiyyəti
5-66/ Masallı Rayon İcra Hakimiyyəti
5-67/ Neftçala Rayon İcra Hakimiyyəti
5-68/ Oğuz Rayon İcra Hakimiyyəti
5-69/ Saatlı Rayon İcra Hakimiyyəti
5-70/ Sabirabad Rayon İcra Hakimiyyəti
5-71/ Salyan Rayon İcra Hakimiyyəti
5-72/ Samux Rayon İcra Hakimiyyəti
5-73/ Siyəzən Rayon İcra Hakimiyyəti
5-74/ Şabran Rayon İcra Hakimiyyəti
5-75/ Şamaxı Rayon İcra Hakimiyyəti
5-76/ Şəmkir Rayon İcra Hakimiyyəti
5-77/ Şuşa Rayon İcra Hakimiyyəti
5-78/ Tərtər Rayon İcra Hakimiyyəti
5-79/ Tovuz Rayon İcra Hakimiyyəti
5-80/ Ucar Rayon İcra Hakimiyyəti
5-81/ Yardımlı Rayon İcra Hakimiyyəti
5-82/ Zaqatala Rayon İcra Hakimiyyəti
5-83/ Zəngilan Rayon İcra Hakimiyyəti
5-84/ Zərdab Rayon İcra Hakimiyyəti
6. Banklar
6-1/ Azərbaycan Respublikasının Mərkəzi Bankı
6-2/ “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti
6-3/ “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti
7. İdarələr
7-1/ Dənizkənarı Bulvar İdarəsi
7-2/ “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
7-3/ Qafqaz Müsəlmanları İdarəsi
7-4/ Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
8. Akademiya
8-1/ Azərbaycan Milli Elmlər Akademiyası
9. Mərkəzlər
9-1/ Azərbaycanda Atatürk Mərkəzi
9-2/ Azərbaycan Dövlət Tərcümə Mərkəzi
9-3/ Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
9-4/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
9-5/ Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi
9-6/ Heydər Əliyev Mərkəzi
9-7/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
9-8/ Sosial Tədqiqatlar Mərkəzi
10. Palatalar
10-1/ Azərbaycan Respublikasının Auditorlar Palatası
10-2/ Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası
11. Agentliklər
11-1/ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
11-2/ Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi
11-3/ Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi
11-4/ Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
11-5/ Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi
11-6/ Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi
11-7/ Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi
11-8/ Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyi
11-9/ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)
11-10/ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
12. Fondlar
12-1/ Azərbaycan Respublikasının Dövlət Neft Fondu
12-2/ Azərbaycan Respublikasının Gənclər Fondu
12-3/ Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
12-4/ Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondu
12-5/ Əmanətlərin Sığortalanması Fondu
12-6/ Heydər Əliyev Fondu
12-7/ Qarabağ Dirçəliş Fondu
12-8/ Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu
13. Səhmdar cəmiyyətləri
13-1/ “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
13-2/ “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
13-3/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar
Cəmiyyəti
13-4/ “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti
13-5/ “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti
13-6/ “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
13-7/ “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan
Kredit Təşkilatı
13-8/ “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti
13-9/ “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
13-10/ “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
13-11/ “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti
13-12/ “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
13-13/ “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
13-14/ “Azərkəndtikinti” Səhmdar Cəmiyyəti
13-15/ “Azərsənayetikinti” Səhmdar Cəmiyyəti
13-16/ “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
13-17/ “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar
Cəmiyyəti
13-18/ “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti
13-19/ “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
13-20/ Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti
13-21/ “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi
14. Holdinq və şirkətlər
14-1/ Azərbaycan İnvestisiya Holdinqi
14-2/ Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
14-3/ “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti
14-4/ “MİR” Dövlətlərarası Teleradio Şirkətinin Milli nümayəndəliyi
15. İqtisadi zonalar
15-1/ “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı
15-2/ Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu
16. Konfederasiyalar
16-1/ Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
16-2/ Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
Yeni yaradılmış və ya yenidən təşkil edilmiş dövlət orqanına (qurumuna) bu Qərara uyğun yeni indeks verilir.
Dövlət orqanı (qurumu) ləğv edildikdə, onun bu Qərarla müəyyən edilmiş indeksi istifadəsiz saxlanılır.
Bu Siyahı ilə müəyyən edilmiş indekslər dövlət orqanlarının (qurumlarının) daxili icraatında olan sənədlərə şamil edilmir (məsələn: məhkəmə, hüquq mühafizə, gömrük və s. orqanlarda baxılan işlər).
Dövlət orqanlarının (qurumlarının) tabeliyindəki (strukturun- dakı) qurumların indeksi müvafiq dövlət orqanının (qurumunun) özü tərəfindən müəyyən edilir və onun əsas indeksindən sonra yazılır.
1. Xidməti sənədlər*
1.1. Dövlət orqanları (qurumları) üzrə:
Daxil olan sənəd: 1-1/1-15/2022
Göndərilən sənəd: 1-1/2-15/2022
Daxili sənəd: 1-1/3-2-15/2022
Qeydlər: Qeydiyyat nümunələrindəki rəqəm və işarələr ardıcıl olaraq aşağıdakıları bildirir:
1. 1-1/ – müvafiq dövlət orqanının (qurumunun) indeksi.
2. 1-15/ – 1 – daxil olan sənəd, 15 – sənədin ümumi sıra (qeydiyyat) nömrəsi;
2-15/ – 2 – göndərilən (dövlət orqanında (qurumunda) hazırlanaraq göndərilən) sənəd, 15 – sənədin ümumi çıxış (qeydiyyat) nömrəsi;
3-2-15/ – 3 – daxili sənəd (3-1 – əmr, 3-2 – arayış, 3-3 – akt və s.), 15 – sənədin ümumi sıra (qeydiyyat) nömrəsi.
3. 2022 – sənədin qeydiyyat ili.
1.2. Dövlət orqanının tabeliyindəki qurumlar və ya struktur bölmələri üzrə:
3-18-1/2-25/2022
Qeydlər: Qeydiyyat nümunəsindəki rəqəm və işarələr ardıcıl olaraq aşağıdakıları bildirir:
1. 3-18-1/ – 3-18 – müvafiq dövlət orqanının (qurumunun) indeksi, 1 – dövlət orqanı tərəfindən tabeliyindəki quruma və ya struktur bölməsinə verilən indeks.
2. 2-25/ – 2 – göndərilən (dövlət orqanında (qurumunda) hazırlanaraq göndərilən) sənəd, 25 – sənədin ümumi çıxış (qeydiyyat) nömrəsi.
3. 2022 – sənədin qeydiyyat ili.
* Daxil olan xidməti sənədlər dərkənara əsasən icraya eyni
nömrə ilə göndərilir.
Məsələn: 1-1/1-15/2022
2. Vətəndaş müraciətləri
Daxil olan müraciət: 1-1/1-A-12/2-25/2022 Göndərilən müraciət: 1-1-9/2-A-12/2-25/2022
Qeydlər: Qeydiyyat nümunələrindəki rəqəm, hərf və işarələr ardıcıl olaraq aşağıdakıları bildirir:
Daxil olan müraciət:
1. 1-1/ – müvafiq dövlət orqanının (qurumunun) indeksi.
2. 1- A-12/2-25 – 1 – daxil olan müraciət, A – müraciət edən şəxsin soyadının baş hərfi, 12 – müraciət edən şəxsin soyadının baş hərfi üzrə ümumi sıra (qeydiyyat) nömrəsi, 2 – vətəndaş eyni məsələ ilə əlaqədar təkrar müraciət etdikdə, əvvəlki müraciətin qeydiyyat nömrəsindən sonra 2 rəqəmindən başlayaraq təkrar müraciətlərin sayı, 25 – müraciətin bu Qərara əlavə olunan mövzular üzrə indeksi.
3. 2022 – müraciətin qeydiyyat ili.
Göndərilən müraciət:
1. 1-1-9/ – 1-1 – müvafiq dövlət orqanının (qurumunun) indeksi,
9 – dövlət orqanı tərəfindən tabeliyindəki quruma və ya struktur bölməsinə (əgər belə qurum və ya struktur bölməsi vardırsa və sənəd onlar tərəfindən göndərilirsə) verilən indeks.
2. 2-A-12/2-25 – 2 – göndərilən (dövlət orqanında (qurumunda) hazırlanaraq göndərilən) müraciət, A – müraciət edən şəxsin soyadının baş hərfi, 12 – müraciət edən şəxsin soyadının baş hərfi üzrə ümumi sıra (qeydiyyat) nömrəsi, 2 – vətəndaş eyni məsələ ilə əlaqədar təkrar müraciət etdikdə, əvvəlki müraciətin qeydiyyat nömrəsindən sonra 2 rəqəmindən başlayaraq təkrar müraciətlərin sayı, 25 – müraciətin bu Qərara əlavə olunan mövzular üzrə indeksi;