11 C
Baku
Monday, December 23, 2024

Pul axını kvadrantı

kvadrant1Bu yaxınlarda məşhur investor və multimilyonçu Robert Kiosaki bu yaxınlarda pul axını kvadrantı adlı yazı dərc etmişdir. Bəz bu kavrant özündə nəyi əks etdirir?

O, insanları dörd qrupa bölür, daha dəqiq desək, muzdlu işçilər, peşəkarlar -xırda biznes sahibkarları, böyük biznes sahibkarları, investorlar. Hər bir qrupunun özünün üstünlükləri və çatışmayan tərəfləri vardır. Bunlar haqqında aşağıda danışacağıq.

1. İşçilər. İnsanların əksəriyyəti məhz bu kateqoriyaya daxildir. Bu qrup insanların yeganə nəzərə çarpan üstünlükləri onların stabil əməkhaqqı almasıdır. Onların iş yerindən asılılığı, qovulma riski və seçim şansının olmamasını isə bu qrupun mənfi xüsusiyyətləri sırasında qeyd etmək olar.

2. Peşəkarlar: qrupa müxtəlif xırda biznes sahiblərini, həmçinin frilanserləri və öz sahəsinin mütəxəssisi olan adamları aid etmək olar, məsələn, stamatoloq, həkim və s. Kvadrantın bu seqmentinin ən böyük üstünlüyü onların müqayisədə daha çox pul qazanmasıdır. Həmçinin də bu insanlar əsasən öz sevdikləri işlə məşğul olurlar, bu da heç az əhəmiyyət daşımır. Amma burada da bir sıra çatışmazlıqlar vardır. Birincisi bu insanlar həddindən çox işləyir, məsələn xırda biznes sahibləri adətən günün 24 saatını işləyirlər və hesab edilər ki, bu çox normal haldır. Həm də bu tip qazanc növü olduqca risklidir, çünki sizdə hər hansı bir iş normal getməzsə dövlət sizə heç nə ilə kömək etməyəcək.

3. İri biznes sahibləri. Bu insanlar böyük miqdarda mənfəət qazanırlar, həmçinin onlar öz bizneslərini idarə etməyə vaxt sərf etməyə də bilərlər, onların əvəzinə bunu başqa şəxslər edir. Kvaddanrın bu seqmentinin mənfi tərəfi ondadır ki, bu pilləyə nail olmaq olduqca çətindir.

4.İnvestorlar. Bu o insanlardır, ki onların əvəzin pullar işləyir. Onlar sadəcə gəlirli proyektlərə investisiya edir və mənfəət qazanırlar.

Ən sərfəli və etibarlı investisiya üsullarından biri daşınmaz əmlaka edilən investisiyadır. Bu metodun müsbət cəhətləri –böyük həcmdə gəlirlər və vaxtın çox hissəsini zəbt etməməsidir. Mənfi tərəflər ondadır ki, kifayət qədər çox pulun olmalı, həmçinin çox şeyi bilməli və bacarmalısan.

Biz sizə sadəcə kvadrantın dörd tərəfinin qısa şəkildə izahı və təsvirini təqdim edirik. Nəyə can atmağı və kvadrantın hansı tərəfinin sizə daha çox uyğun olduğuna dair qərar vermək məhz sizin öhdənizə düşür.

Kvadrant den pot1

Son xəbərlər
Digər xəbərlər