Pullar insana məmnunluq hissi qazandırır. Bəs öz pullarınız ilə necə daha çox məmnunluq hissi qazana bilərsiniz? Bəzi şeylər var ki, insana pul qazanmaqdan daha çox xoşbəxtlik gətirir. Bu xeyriyyəçilik etmək, pul bağışlamaqdır.
Uğur qazanmış və həddindən artıq xoşbəxt olan insanların həyatını araşdırsanız, bir faktın şahidi olacaqsınız. Bu fakt ondan ibarətdir ki, belə insanlar öz sərvətlərini digər insanlarla bölüşmüşlər. Bu insanlar sahib olduqları hər bir şeyə minnətdarlıq hissi keçirmişlər. Lakin bu heç də o demək deyil ki, bütün varlı insanlar eyni cür davranmışlar.
Hansı vəziyyətdə olmağınızdan asılı olmayaraq, kütlə içərisində kiməsə nəzir, yaxud verirsinizsə bu halda ətrafınızdakı insanlar üçün siz varlı insan hesab edilirsiniz. Yer kürəsində yaşayan insanların üçdə iki hissəsi böyük məmnuniyyətlə sizinlə yerlərini dəyişmək istəyərdilər.
Dünyada yalnız özümüzük kimi yaşamaq müdriklik əlaməti deyil. Və dünyanı bu şəkildə başa düşmək çətin ki, məqsədlərinizi həyata keçirmək üçün sizə kömək olsun. Həyatımızı yaxşı təşkil etmək üçün bizim digər insanlara ehtiyacımız var. Bizim onlara ehtiyacımızın olduğu kimi, ətrafdakı insanların da bizə ehtiyacı var.
Xeyriyyəçilik etmək, pul bağışlamaq, ianə etmək insanın öz gücünə inamını artırır və sahib olduğu sərvətin hansısa canı xilas edə biləcəyini dərk edir. Lakin bu o demək deyil ki, xeyriyyəçilik sırf varlı insanlara şamil edilməlidir. Bunu hər birimiz edə bilərik. Şərt o deyil ki, milyonlar, yaxud milyardlar bağışlayasanız. Bəzən özünüz belə hiss etmədən xeyriyyə üçün verdiyiniz cüzi bir məbləğ ilə dünyanı dəyişə bilərsiniz.