Azərbaycan Respublikasında pul bazasının həcmi 1 noyabr 2021-ci il tarixinə 14 milyard 621.2 milyon manata yüksəlib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Pul bazasının həcmi son ayda 122.5 milyon manat, yaxud 0.8% artmış, illik müqayisədə isə 2 milyard 517.6 milyon manatlıq, yaxud 20.8% artımışdır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı son iclasda bildirmişdi ki, pul bazasının ilin əvvəlinə nəzərən artım tempi cəmi 9% olub.
“İlin əvvəlindən dövlət büdcəsinin profisitli icrası pul kütləsini məhdudlaşdırmaqla anti-inflyasiya xarakteri daşımışdır”- deyə, bildirilir.
Pul bazasının izafi genişlənəcəyi halda requlyator Mərkəzi Bankın ilin sonuna doğru özünün sterilizasiya əməliyyatlarını aktivləşdirməyi nəzərdə tutur.