-3 C
Baku
Sunday, December 15, 2024

Pul bazası son iki ayda azalmaqda davam edir

Azərbaycanda pul bazasının həcmi son bir ayda 139 mln. manat və ya 0.69% azalıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

29 fevral 2024-cü il tarixinə pul bazasının həcmi 20 mlrd. 131.8 mln. manat təşkil edib.

Son bir ildə isə 2 mlrd. 883.1 mln. manat və ya 17% yüksəlib.

3456789000099

Pul bazası – pul kütləsini yaratmaq üçün Mərkəzi Bankın istifadə edilə bilən öhdəliklərinin məcmusudur. Bura dövriyyədə olan pul vəsaitləri, habelə Mərkəzi Bankın kredit təşkilatları qarşısında olan öhdəlikləri daxildir.

Pul bazasının genişlənməsi inflyasiyaya gətirib çıxarır, belə ki dövriyyədəki pulun kifayət etməməsi iqtisadi inkişafın yavaşlamasına səbəb ola bilər. Lazımi nisbətlərə əməl olunub-olunmaması pul siyasətini həyata keçirən mərkəzi banklar tərəfindən izlənilir. Məsələn, bir tərəfdən banklara əlavə kredit verir və ya əlavə pul emissiyasını həyata keçirir, digər tərəfdən isə açıq bazarda əməliyyatlar keçirmək yolu ilə vəsaitin bir hissəsini dövriyyədən çıxarır. Bir sözlə, bazara öz istiqrazlarını buraxır. Pul bazarının rəqəmsal göstəriciləri vaxtaşırı Mərkəzi Bankın rəsmi saytında dərc edilir.

Bu göstəricilər iqtisadi proseslərin bütün iştirakçılarına aiddir – şirkətlərdən tutmuş fərdi ev təsərrüfatlarına qədər. Belə ki, pul bazasının genişlənməsi əmtəə və xidmətlərin qiymətinin arta biləcəyindən xəbər verir. Və əksinə – pul bazasının azalması gələcəkdə bu və ya digər məhsula tələbatın və istehsal səviyyəsinin azalmasının, habelə işsizliyin artmasından

Son xəbərlər
Digər xəbərlər