15 C
Baku
Friday, April 26, 2024

Pul haqqında fikirlər bizim sağlamlığımızı əlimizdən alır

Pul problemləri insan sağlamlığına siz düşündüyünüzdən daha ciddi zərər vurur.

Associated Press informasiya agentliyi və AOL tibb kompaniyası tərəfindən aparılmış araşdırma göstərir ki, borc və digər pul problemləri haqqında nigaranlıq keçirən insanlar, maliyyə məsələlərinə fəlsəfi yanaşanlar ilə müqayisədə ürək tutmalarından 2 dəfə daha çox əziyyət çəkir.

Həmçinin pulla bağlı çətinliklərdən yaşanan stress digər orqanlarda da öz mənfi təsirini göstərə bilər. xüsusən də tədqiqat göstərmişdir ki:

-borc yükünə görə stress vəziyyətində olan insanlardan ibarət qrupda sorğuya məruz qalanların 27%-i həzm sistemi orqanları ilə bağlı xəstəliklərdən əziyyət çəkir, daha qayğısız respondentlərdə bu rəqəm 8%-dir

-maliyyə cəhətdən narahat insanların 44%-i baş ağrıları və miqrenden şikayətləndiyi halda, maliyyə problemləri ilə o qədər yüklənməmiş insanlardan ibarət qrupda, belə xəstəliklər yalnız 4% insana sirayət edir.

-birinci qrupdan 23%, ikinci qrupdan isə yalnız 4% insan depressiyadan əziyyət çəkir;

-stress vəziyyətində olan insanlar kürək ağrıları və yüksək əzələ tonusu ilə bağlı problemlərə görə həkimlərə daha tez-tez müraciət edir, birinci qrupda belə insanların sayı 65% olmuşdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər