13 C
Baku
Sunday, November 24, 2024

“Pul hovuzu” hərraca çıxarıldı

James Edition internet resursu 5 İsveçrə santimi dəyərində olan qəpiklərlə doldurulmuş bank hücrəsini əldə etməyi təklif edir. Ümumilikdə hücrə-hovuzda 8 milyon qəpik var ki, onların da dəyəri 450 min dollara bərabərdir.

Hazırda “pullarla dolu hovuz” Bazeldə İsveçrə bankı Schweizer Volksbank bankda yerləşir. Özlüyündə isə bu hücrə XX əsrin əvvəllərinə aid incəsənət ustalarının əl işləridir.
Hərracın təşkilatçıları hərracı udan şəxs üçün onu istənilən yerə çatdırmağa hazırdırlar. Onlardan artıq necə istifadə etmək isə yeni sahibin öz ixtiyarındadır.

Qeyd edək ki, pullar oktyabrın əvvəllərində İsveçrədə keçirilən referendum çərçivəsində yığılmışdı. Qəpiklər ölkənin vətəndaşlarının sayına uyğun olaraq bütün dünyadan toplanmışdır və Berndə parlament binasının önünə səpilmişdi. Bundan sonra isə qəpikləri saxlamaq üçün banka yerləşdirmişdilər.

Son xəbərlər
Digər xəbərlər