16 C
Baku
Thursday, November 21, 2024

Pul itirmək istedadı: Mark Tven uğursuz investisiyaları ilə bütün sərvətini necə itirdi?

“Mark Tven effekti”

Mark Tven bu titulu saxlamaq üçün çox çalışdı. Jurnalist və yazıçı kimi karyerası ilə eyni vaxtda, o, sərmayə etməyə başladı. Əgər qələm ona ədəbi sahədə uğur gətirdisə, investisiya oyunu çox da uğurlu olmadı.

O, supersəmərəli buxar mühərriki yaratmaq üçün beş min dollarla (indiki pulla təxminən 168 min) başladı, lakin şarlatanla üzləşdi. Mühərrik gözləndiyi qədər uğurlu olmadı.

Uğursuzluq Mark Tveni təhrik etdi. O, bir neçə patent aldı və onları reallaşdırmağa çalışan insanları işə götürdü… Və burada da çoxlu pulların israf edilməsindən başqa heç nə əldə etmədi.

Lakin bu, investor Tveni dayandırmadı: o, bərələr üçün avadanlıq hazırlayan “Hartford” şirkətinin səhmlərinə 32 min dollardan çox (indiki pulla bir milyondan bir az əskik) sərmayə qoydu, belə ki, özü də bir vaxtlar bu sahədə işləyirdi və hər şeydən başı çıxırdı. Lakin əfsuslar olsun ki, şirkət iflas etdi.

Növbəti aylarda da hər şey eyni idi. Nəticədə, belə bir deyim yarandı: “Oktyabr – birja spekulyasiyaları üçün xüsusilə təhlükəli aylardan biridir. Digərləri isə iyul, yanvar, sentyabr, aprel, noyabr, may, mart, iyun, dekabr, avqust və fevral aylarıdır”.

“Həyatda uğur qazanmaq üçün iki şey lazımdır – cəhalət və özünə inam”.

Spoyler: onların heç biri Mark Tvenə kömək etmədi.

O, investisiyaya sevgisini atasından miras almışdı. Tven perspektivli daşınmaz əmlaka sərmayə qoydu. Markın on iki yaşı olanda atası vəfat etdi. O, Tvenə sahib olduğu torpaq sahələri ilə yanaşı, çoxsaylı borclarını miras qoyub getdi.

Dostuna güvənərək Tven sığorta şirkətində pay aldı və idarə heyətinə daxil oldu. Şirkət bir il yarımdan sonra dağıldı.

Həvəsdən düşməyən Tven saat istehsal edən “Fredonia” şirkətinə sərmayə qoydu. Şirkət bunun şərəfinə “Mark Tven” adlı saat modelini buraxdı.

Ancaq bu ona səhm və dividendlərlə fırıldaqlar etməyə mane olmadı. Yatırılan pulun bir hissəsini geri almaq mümkün oldu, lakin min yarıma yaxın pul batdı.

Tvenin ixtiraya ən böyük sərmayəsi qəzet və jurnalların səhifələrini çapa hazırlayan “Paige Compositor” şirkəti idi. O, Mark Tveni valeh etdi. “Paige Compositor” bir inqilab etməli idi! Bu, düzgün bir iş kimi görünürdü və o, bütün əmanətlərini, arvadının mirasını və borc götürdüyü pulu yatırım elədi. Ümumilikdə, təxminən 300 min dollar (indiki pulla 4 milyondan 9 milyona qədər).

Hər şey yaxşı gedirdi, lakin bu texnologiya möcüzəsini icad edən Ceyms Peyc mükəmməlliyətçi idi və bu, ona çox baha başa gəldi. Peyc ixtirasını bazara buraxmadı və 1880-ci ildən 1894-cü ilə qədər on dörd il ərzində onu ideal bir vəziyyətə gətirmək üçün çalışdı. Və nəhayət ki, bunu həyata keçirəndə çox xoşagəlməz bir şey baş verdi: artıq heç kimə “Paige Compositor” lazım deyildi, çünki “Linotype” çoxdan daha ucuz və istifadəsi asan olan analoqu buraxmışdı.

Mark Tven ixtiralarla yanaşı, birjaya da sərmayə qoyurdu. Məsələn, Oreqon transkontinental dəmiryolunun səhmlərinə. Daha sonra bazarda birja köpüyü əmələ gəldi və qiymətli kağızların qiyməti 98 dollara çatdı. Bu, şans kimi görünürdü, amma köpük partladı və səhm çökdü. Tven sonda onları cəmi 12 dollara satdı.

Mark Tven öz ixtiralarını da təbliğ etməyə çalışırdı.

Onun patentlərinə aşağıdakılar daxildir:

– düymələri olan elastik kəmər, yəni asmalara alternativ;
– körpələrin yuxuda yorğanı atmasının qarşısını almaq üçün xüsusi beşik tutacağı;
– qadınlara hətta küləkli havada da şlyapanı qorxmadan geyməsinə icazə verən xüsusi sancaq;
– tarixləri və faktları birləşdirməli olduğunuz stolüstü oyun;
– fotoşəkilləri və ya qəzet parçalarını yerləşdirmək asan olan yapışqan kağız vərəqli albom.

Albom az da olsa pul gətirirdi, amma sonra onu istehsal edən şirkət müflis oldu.

Lakin bütün bunlar Mark Tvenin ən uğursuz startapı ilə müqayisədə heç nə idi.

1884-cü ildə Tven bütün naşirlərdən incidi və özü naşir olmağa qərar verdi. O, bacısı qızının əri Çarlz Vebsteri şirkətin başına qoydu. Və əvvəlcə işlər yaxşı gedirdi: ilk nəşr olunan kitablar böyük uğur qazandı. Xüsusilə ölkədə çox sevilən Qrantın memuarları. Bu adam ABŞ-nin on səkkizinci prezidenti idi və 1861-ci il müharibəsi zamanı Birlik Ordusuna komandanlıq edirdi.

Satışdan əvvəlki mərhələdə 350 min nüsxənin alınması çox şeydən xəbər verir. 1886-cı ildə nəşriyyat general Culiya Dent Qrantın dul xanımına o dövrdə Amerika nəşriyyatı tarixində ən böyük qonorarı – 200 min dollar ödədi. Və sonra daha 250 min. Müqayisə üçün qeyd edək ki, o vaxt beş nəfərlik bir ailənin orta hesabla yemək haqqı ayda təxminən 80 dollar idi.

Lakin ilk böyük uğurdan sonra Tven və Vebster yanlış istiqamətdə getdilər, “Yumurta bişirməyin yüz yolu”, “Nə və nə vaxt içməli” və s. kimi “bestsellerlər” nəşr etməyə başladılar.

Nəşriyyatın kifayət qədər pulu yox idi, ona görə də əvvəlcə Tven öz kapitalından vəsait çıxardı. Sonra borc aldı. Sonra kredit götürdü. Lakin 1888-ci ildə nəşriyyat müflis oldu və Tven bütün bu kampaniyanın “uzun sürən intihar” olduğunu deməyə başladı.

Ancaq Tven, ilk baxışdan göründüyü kimi, ancaq ehtiyatsız sahələrə sərmayə qoymurdu.

Məsələn, 1877-ci ildə o, başqa bir şübhəli ixtiranı təşviq etmək niyyətində olan şirkətdə pay almaqdan qəti şəkildə imtina etdi. İstehza ondadır ki, bu şirkət “Bell Telephone” adlanırdı və Aleksandr Bell yazıçını ona pul qoymağa inandırdı.

İnanmaq istərdik ki, onların dialoqu belə olub:

– Hörmətli Mark Tven, mən “Bell Telephone” şirkətinin yaradıcısı Aleksandr Belləm. Biz maraqlı bir cihaz hazırlamışıq, hansı ki uzaq məsafədən ünsiyyət problemini həll etməlidir. Hazırda investorlar axtarıram və layihənin maliyyələşdirilməsində sizdən  kömək istəyirəm.

– Hörmətli Aleksandr, fikriniz ağlasığmaz səslənir, siz yəqin şarlatansınız, buna görə sizə bir qəpik belə verməyəcəyəm.

59 yaşında Mark Tven çox yüksək qazanc əldə etməsinə baxmayaraq, tamamilə müflis oldu.

1891-ci ildə Hartforddakı nəhəng evindən daha kiçik bir evə köçdü. Yeri gəlmişkən, o evi də iyirmi il əvvəl yatırdığı məbləğin təxminən altıda birinə satdı.

1894-cü ilə qədər Tvenin 80 min dollar (indiki pulla təxminən 2.5 milyon) böyük bir borcu var idi. O, bu pulu nəşriyyatın bağlanmasından sonra ödədi. Onu qızğın pərəstişkarı və yarımştat maliyyəçi, “Standard Oil” konqlomeratının direktorlarından biri olan Henri Rocers xilas etdi.

q foonkir1jbd2cpm

Rocers Tvenin maliyyə vəziyyətini yaxşılaşdırmağa kömək edən yaxşı bir strategiya fikirləşdi. Yazıçı onun məsləhəti ilə əvvəlcə bütün əsərlərinin müəllif hüququnu həyat yoldaşının adına keçirdi. Daha sonra özünü müflis elan etdi və kreditorlarla müqavilə bağladı ki, borcun bir hissəsini aktivlərin satışı hesabına ödəsin.

Amma bu adam öz səhvlərindən dərs ala bilmədi…

Çünki 1907-ci ildə Tven steykdən on altı dəfə daha qidalandırıcı olan “Plazmona” tozuna 30 000 dollardan çox sərmayə qoydu.

g

Lakin 1907-ci ildə “Plasmon”u istehsal edən şirkət müflis oldu və Tven 30 min dollar itirdi. Əvvəlki itkilərlə müqayisədə, bu, o qədər də çox deyildi.

“Mark Tven effekti” haqqında

Tvenin oktyabr ayının investisiya üçün ən təhlükəli aylardan biri olması aforizmi sayəsində iqtisadiyyatda “Oktyabr effekti” və ya “Mark Tven effekti” anlayışı meydana çıxdı.

Və həqiqətən də bu ayın nüfuzu tamamilə korlanmışdı:

– 1907-ci ildəki bank panikası. Uoll-Stritdəki investorlar səhm satmağa başladılar. Bu böhran ay yarım davam etdi və son nəticədə Federal Ehtiyat Sisteminin və ABŞ Mərkəzi Bankının yaradılmasına gətirib çıxardı.

– 1929-cu ildə birjanın çökməsi ilə Böyük depressiyanın başlaması.

– 1987-ci ildə Qara bazar ertəsi. Birinci “Dow Jones” fond indeksi, sonra isə bütün digər indekslər kəskin şəkildə düşdü.

– 2008-ci il böhranı. Bu, Böyük depressiyadan sonra ən böyük böhran oldu.

“İnsanın həyatında iki an var ki, o, səhmlərdə spekulyasiya etməməlidir: bunu edə bilməyəndə və edə biləndə”.

Mark Tvenin sonda gəldiyi nəticə budur.

Bir yazıçı kimi istedadı ona stiqrazlara bənzər artan royalti gəliri gətirdi. O, aqressiv investisiyalara keçdikdə, risk səviyyəsi çoxaldı. Və yazıçının bu mübarizədə qalib gəlməsinə investor üçün ölümcül olan iki xarakter əlaməti mane oldu – qızğın həvəs və təfərrüatları təhlil edə bilməmək.

Heç bir “oktyabr effekti” onlarla müqayisə oluna bilməz.

Son xəbərlər
Digər xəbərlər