23 C
Baku
Saturday, October 5, 2024

Pul köçürmələri artıq Sizin kartınızda

Expressbank təcili pul köçürmələri üzrə müştərilərinə yeni xidmət təqdim edir.  Onlar artıq “Lider” təcili pul köçürmə sistemi vasitəsi ilə adlarına göndərilən vəsaiti dərhal Expressbank kartlarının hesablarına ala və ya dünyanın istənilən VİSA və MasterCard tipli plastik kartlarına RUB, USD və EUR valyutalarında pul köçürmələri edə bilərlər. Əməliyyatın aparılması proseduru son dərəcə sadə və rahatdır.

Həmçinin Expressbank-ın müştəriləri həm pul göndərərkən, həm pul alarkən Pul Kart vasitəsi ilə qazanırlar. Pul Kart müştərilərə hədiyyə edilir və hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər nəinki bu vəsaiti ATM-lər vasitəsi ilə nağdlaşdırır, hətta öz vəsaitlərini də Pul Karta yerləşdirə bilirlər.

Qeyd edək ki, Expressbank-ın filiallarında digər təcili pul köçürmə sistemləri ilə də pul göndərmək mümkündür. Bank həmçinin Contact, Lider, IBA Express, Xəzri və Monex təcili pul köçürmələri sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.cdsfsdda” copy

Son xəbərlər
Digər xəbərlər