Müasir dövrümüzdə qaydalara əsasən, bütün məlumat bizə radio və televiziya vasitəsi ilə çatdırılır. Əvvəllər isə bu funksiyanı məhz qəpiklər (sikkələr) oynayırdı. Əvvəllər dedikdə isə əsas olaraq Roma imperiyası və bizim eradan əvvəl 44-cü il nəzərdə tutulur.
Lap qədim zamanlardan başlayaraq sikkələrin üzərində ilk olaraq ilahələrin, daha sonradan isə imperatorların təsvirləri əks edilir. Lakin sikkələrin üzərinə yalnızca keçmişdə böyük qüvvəyə, hakimiyyətə sahib olmuş imperatorların təsvirləri həkk edilirdi. Yəni artıq dünyasını dəyişmiş imperatorların.
Sikkələrin zərb edilməsi qaydasını ilk olaraq pozan şəxs əfsanəvi Yuli Sezar olmuşdur. O əmr edir ki, onun sağlığında sikkələrin üzərinə onun təsviri vurulsun. Bu sikkələrin üzərində “Əbədi diktator” imzası da həkk edilir.
Sezar dünyasını dəyişdikdən sonra ona xəyanət etmiş Brut digər bir əmr verir. Bu zaman sikkələrin üzərində iki çarpaz xəncər təsvir edilir və Roma əhalisinə Sezarın ölümü ilə bağlı məlumat məhz belə çatdırılır.
Romada hakimiyyətə gəlmiş hər bir yeni imperator sikkələrin üzərində öz portretini həkk etməklə öz tabeliyində olan insanlara hökmranlığını bəyan edirdi. Gördüyünüz kimi keçmişdə əhəmiyyətli məlumatlar bu formada yayılırdı.