25 C
Baku
Saturday, July 27, 2024

Pul psixologiyası nə deməkdir?

Pulların yaratdığı sırf iqtisadi problemlərdən uzaqlaşsaq, hər birimizə belə aydın olacaq ki, pullarla əlaqəli əksər çətinliklərin kökündə psixoloji amillər yatır. Təcrübəyə əsasən, pullarla münasibətdə yaranan əsas problem zənginliklə deyil, yoxsulluqla bağlıdır. Müxtəlif sosial qrupların pullara olan münasibətinə nəzər salaq.

  • Birinci qrup — bu qrupa daxil olan insanlar muzdlu əməyin nümayəndələridirlər və sadəcə əmək haqqından asılıdırlar. Bunlar müəllimlər, həkimlər, hərbçilər və fəhlələrdir.
  • İkinci qrup — buraya əməyi qarşılığında qonorar və yaxud razılaşmış məbləğ alan sərbəst peşə nümayəndələri daxildir. Bunlar vəkillər, rəssamlar və s.dir.
  • Üçüncü qrup — bu qrupa isə təşkilati işlərlə məşğul olan, istənilən sahənin sahibkarları daxildir. Onların əmək haqqları yalnız onların özlərindən asılıdır. Sözsüz ki, hər bir qrupun nümayəndəsi öz gəlirinin artırılmasını arzu edərdi.

Mütəmadi olaraq pulların cəmiyyətin aparıcı amili olduğu fikrinə inanmaq və bütün planları bu istiqamətdə qurmaq bəlkə də, ən böyük səhvimizdir. Daim pulları iqtisadi fenomen olaraq qəbul etdikdə, onların mistik gücünü, xəsisliyi, sonsuz hərisliyi də özümüz üçün fəallaşdırmağa başlayırıq. Son məqamda biz özümüzü bu iqtisadi burulğanda sağ qalmış hesab edə bilərik. Sadə bir misal gətirək: hazırda əksər məktəbli və yaxud yaşlı təqaüdçü sizə kredit kartı və onun istifadə edilməsi barədə az da olsa məlumat verə bilər.

Son xəbərlər
Digər xəbərlər