15 C
Baku
Saturday, April 20, 2024

Pul sahəsində ən gərəkli ixtiralar

Tədqiqatçılar pul sahəsində edilmiş ən gərəkli ixtiraların siyahısını tərtib etmişlər. Alimlər bu araşdırma zamanı XX əsr çərçivəsində pul-kredit sisteminin inkişafını xronoloji qaydada tərtib etmişlər. Qeyd etmək lazımdır ki, bank hesabatlarında fəal şəkildə istifadə olunan keçən əsrin 90-cı illlərinin ən yeni ixtiraları görünür bu reytinqə daxil olmamışdır. Beləliklə, pul sahəsində ən gərəkli ixtiraların siyahısı:

1. Elektron kassa aparatı – 1906

2. Elektron pullar – 1918

3. İlk zirehli avtomobil  – 1920 (pul vahidlərinin daşınması üçün vacib ixtira)

4. Kredit bürosu– 1937

5. Bankomat – 1939

6. Kredit kartı – 1950

7. Ştrix – kodlar– 1952

8. Smart-kart – 1974

9. Elektron lövhələr – 1978

10. RSA – şifrələmə – 1983

Qeyd: 1918-ci ildə elektron pullar meydana gəldi (bunları Yandex Pullar yaxud Webmoney ilə səhv salmayın). Məhz 1918-ci ildə ABŞ-ın Federal Ehtiyat bankı ilk dəfə teleqraf vasitəsilə pulların ötürülməsini həyata keçirib. Qısası, həmin illərdə bu ideya insanlara o qədər cahil görünüb ki, elektron pul köçürmələrinin geniş yayılması yalnızca 1972-ci ildə baş tutub.

Son xəbərlər
Digər xəbərlər