2 C
Baku
Saturday, December 14, 2024

Pul!!! -“Sapiens” kitabından

Yuval Noah Hararinin “Sapiens” kitabından

Pul, bir çox yerdə və müxtəlif vaxtlarda icad edildi. Pulun icadı texnoloji çevriliş deyil, sırf zehni inqilab idi. Bu inqilab sadəcə insanların ümumi təxəyyülündə yaşayan yeni bir intersubyekt reallığın yaradılması ilə bağlı idi. Pul metal sikkələr və kağız bankomatlar demək deyil; mal və xidmətlər mübadiləsini həyata keçirmək məqsədi ilə digər məhsulların dəyərini sistemli şəkildə müəyyənləşdirə bilmək üçün insanların istifadə etməyə hazır olduqları bir şeydir. Pul insanların, demək olar ki, hər şeyi şeylə dəyişdirə bilməsinə imkan verən universal mübadilə vasitəsidir.

Pul sərvəti asan və ucuz şəkildə çevirə, saxlaya və daşıya bildiyi üçün dinamik bazarların və mürəkkəb ticarət şəbəkələrinin meydana gəlməsində mühüm rol oynayıb. Pul olmasaydı, ticarət şəbəkələri və bazarlar böyüklük, mürəkkəblik və dinamiklik baxımından çox məhdud qalardı. Ticarət sistemlərinin fəaliyyət göstərə bilməsi üçün pulun olması qaçılmazdır.

Pul indiyə qədər yaradılmış ən universal və effektiv qarşılıqlı inam sistemidir. Bu inamı yaradan isə, çox mürəkkəb və uzunmüddətli bir siyasi, sosial və iqtisadi münasibətlər şəbəkəsidir. Roma pullarına etibar o qədər yüksək idi ki, Imperiyanın sərhədlərindən kənarda da insanlar denariusla ödəniş almaqdan məmnun qalırdılar.

Pul iki universal prinsip üzərində qurulub:

  1. Universal dəyişilmə qabiliyyəti:
  2. Universal inam

Bu prinsiplər tarix boyunca bir-birini tanımayan milyonlarla insanın ticarət və sənaye sahəsində effektiv şəkildə əməkdaşlıq etməsinə imkan verirdi. Tələb və təklifin soyuq qanunları bunun neqativ-çatışmayan tərəfləri idi.

Aliyə Nuruyeva

 

 

 

Son xəbərlər
Digər xəbərlər