22 C
Baku
Thursday, April 25, 2024

Pul saymaq ağrıları azaldır

Alimlərin fikrincə, əlində pul tutan insan özünü daha dəyərli sayır

ABŞ-da aparılan elmi araşdırma nağd pula əl vurmağın insanda ağrıları azaltdığını sübut edib. Alimlər müəyyən ediblər ki, ağrıverici vəziyyətlərdən əvvəl pula əl vurmaq ağrıların hiss edilməsinin qarşısını ala bilər.

Minessota Universitetində aparılan elmi araşdırmada bir qrup tələbəyə 80 ədəd 100 dollarlıq banknotları saymaq təklif olunub. Başqa bir qrupa isə pul əvəzinə saymaq üçün 80 ədəd boş kağız verilib. Sonra nə qədər dözə biləcəklərini yoxlamaq üçün tələbələrin hamısının əllərini qaynar su ilə dolu qaba soxması istənilib. Bir az əvvəl əllərini həqiqi banknotlara vuran tələbələrin daha az ağrı hiss etdiyi müəyyən edilib.

Alimlərin fikrincə, əlində pul tutan insan özünü daha dəyərli sayır və özü-özünü təlqin yolu ilə ağrıları daha az hiss edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər