19 C
Baku
Friday, May 3, 2024

Pul və insan

Pul insana nədən ötrü lazımdır? O, bizim həyatımızda hansı rolu oynayır? Bu sualın cavabı hamı üçün müxtəlif ola bilər. Bəziləri üçün – bu yaşama, sağ qalma vasitəsi,  digərləri üçün qarşıya qoyulmuşməqsədlərə nail olmaq üsulu, digər bir qrup üçün isə həyatın ən vacib tərkib hissəsi, elə məqsədin özüdür. Amma insan və pullar həmişə yanbayan gedirlər.

Pul yaxşı qulluqçu, lakin pis ağadır.
Frensis Bekon

Hər bir kəsin pul qarşı münasibəti olduqca individual, fərdidir. Biz pulları, sevsək və sevməsək də müəyyən dərəcə də ondan asılıyıq. Hətta demək olar ki, onlar müəyyən mənada bizi özlərinə tabe edirlər. Ilk baxışda insan və pul anlayışları tamamı ilə fərli görünür, amma əslində onlar kifayət qədər yaxındırlar.

Pulların danılmaz və özünəməxsus gücü bizim zəmanəmizin insanlarını zəhmət çəkməyə və daha çox pul qazanmaqdan ötrü çalışmağa vadar edir. Əvvəllər pul qazanmaq yolları daha az idi. İndi isə əgər böyük istək olarsa və siz öz bacarıq və qabiliyyətlərinizi lazımı məcraya yönəldə bilsəniz, böyük maliyyə uğuruna nail olmaq  mümkündür. Xüsusən də nəzərə alsaq ki, bizim zamanda pul qazanmaq üsulları olduqca fərqli və rəngarəngdir.

Əlbəttə ki, tamamı ilə əminliklə demək olmaz ki, pul qazanılması – kifayət qədər asan tapşırıqdır və istənilən insan bunun öhdəsindən asanlıqla gələ bilər. Heç bir səy göstərmədən pul qazanmağın mümkünlüyü haqqında şayiələr isə sadəcə cəfəngiyatdır.  Axı “Allahdan buyruq, ağzıma quyruq” deyə bir şey yoxdur və “Halva-halva deməklə ağız şirin olmaz”.  Ona görə də əgər siz həqiqətən də qarşınıza  sanballı məbləğdə pul qazanmaq məqsədi qoymusunuzsa, onda ciddi şəkildə əziyyət çəkməlisiniz.

Əbəs yerə demirlər ki, “pullar tənbəlləri sevmir”. Ona görə də hər hansı iz işə başlamazdan əvvəl, öz bacarıqlarına aydınlıq gətirmək, özünün başlıca istedadını və xüsusiyyətlərini üzə çıxarmaq lazımdır. Iş hər bir insan üçün sevimli məşğuliyyətə çevrilməlidir. Yalnız bu təqdirdə o, həm yaxşı pul, həm də mənəvi məmnuniyyət bəxş edəcək. Bu isə, zənnimcə, bizlərdən hər birinin can atdığı hədəfdir.

Gəlin razılaşaq ki, nə qədər deyilsə də ki, “pul əl çirkidir, pul –şərdir və həyatda heç də hər şey pul deyil”, onlarsız yenə də çətin və darıxdırıcıdır. Təbii ki, öz hədəf və arzularının pikinə yalnız maddi dəyərlərin əldə edilməsini qoymaq lazım deyil. Amma ümumiyyətlə də onları yaddan çıxarmağa dəyməz.

İndi əminliklə demək olar ki, pul və insanlar daima bir-biri ilə qarşılıqlı əlaqədə olurlar. İstənilən halda onlar bizim mövcudluğumuzu davam etdirmək üçün zəruridirlər və bizin həyatımızda ən vacib rollardan birini tuturlar.

Pul haqqında aforizmlər

Pulların səpildiyi yerdə təmizliyə riayət etmək çox çətindir.
(Eduard Servus)

Çox pul haramsız, çox söz yalansız olmaz.
(Yunus Əmrə)

Pul heç də dünyada ən önəmli şey deyil. Ən önəmlisi sevgidir. Xoşbəxtlikdən mən pulları sevirəm.
(Ceki Meyson)

Sizin dərinizin nə rəng olduğunun heç bir fərqi yoxdur. Məna daşıyan yeganə rəng yaşıldır.
(Amerikan atalar sözü)

Əgər siz pulun dəyərini anlamaq istəyirsinizsə, onları kiməsə borc verin.
(Bencamin Franklin)

Son çay quruyanda, son ağac yox olanda, son balıq öləndə ağ insanlar pulun yeyilməyən bir şey olduğunu anlayacaqlar.
(Atalar sözü)

Pul dəniz suyuna oxşayır; nə qədər çox içsən, o qədər çox susayırsan.
(Artur Şopenhauer)

Pul hər qapını açar, heç vaxt kilidləməz.
(Fredrix Engels)

Pulsuz sülh olmaz.
(Uinston Çörçill)

Dünyanın ən yoxsul insanı puldan başqa heç nəyi olmayandır.
(Artur Şopenhauer)

Əgər siz banka 100 dollar borclusunuzsa, o sizin şəxsi probleminizdir; əgər siz banka
100 milyon dollar borclusunuzsa, bu, artıq bankın problemidir
(JP Getty)

“Pul hər şeyi edər” deyən adam, pul üçün hər şeyi gözə alan adamdır.
(Bencamin Franklin)

Pul və insan arasında münasibətlər qarşılıqlıdır: insan pulun saxtasını düzəldər, pul da insanın.
(Bencamin Franklin)

Pul-qızıldan düzəldilmiş azadlıqdır.
(Erix Mariya Remark)

Varlanmaq üçün iki şey lazımdır: işləmək və qənaət etmək.
(Bencamin Franklin)

Pullu insanlar üç cürdür: pulunun köləsi olanlar, pulunun dostu olanlar və pulunun ağası olanlar.
(Deyl Karnegi)

Var-dövlət qayğılarımızı azaltmır, sadəcə bir qayğını digəri ilə əvəz edir.
(Epikür)

İki cür insan – bir çox kasıb, bir də çox varlı – pulun qədrini bilməz.
(Ernst Toller)

Pul bir heçliyi belə birinci yerə gətirən yeganə yoldur.
(Fyodor Dostoyevski)

Son xəbərlər
 ⁠
Digər xəbərlər