9 C
Baku
Sunday, December 1, 2024

Pul və qar boranları haqqında beş əfsanə

Qış öz hüquqlarını tam ələ aldı və hatta onlardan ürəkdən sui istifadə etdi: qar yığınlarından insanlar Avropada və ABŞ-da əziyyət çəkirlər.

Lakin, havanın kəskin dəyişməsi ancaq nəqliyyat və məişət problemləri deyil, bunlar  bilavasitə bu ya və digər malların, yanacağın və nəqliyyat xidmətlərinin qiymətlərinə təsir edərək, maliyyə sahəsi ilə də qarşılıqlı əlaqədədirlər. Bəzən bu qarşılıqlı əlaqə müxtəlif üstüörtülü fikirlərə və əsassız ehtimallara səbəb olur. SmartMoney jurnalı maliyyələrin və qar böhranlarının qarşılıqlı əlaqəsinin beş əfsanəsini aşkara çıxarır.  

ABŞ-ın Qərb sahilinə 12 saat ərzində dayanmadan qar yağdığı halda, bu müəyyən iqtisadi nəticələrə gətirir, hər halda belə düşünmək qəbul olunub.  Hesab olunur ki, belə günlərdə mağazalar ziyan çəkir, çünki alıcılar qarla örtülmüş avtomobil yolları ilə mağazaya çata bilmirlər, donmuş evlərin sahibləri daşınmaz əmlakı var qüvvələri ilə satmaq həsrətində olduqları səbəbdən, daşınmaz əmlakın qiyməti aşağı düşür, diqqətli birja treyderləri isə əksinə, əllərini ovuşdururlar, çünki bazarda sakitlik səhmlərin alınmasına əla şərait yaradır.   Lakin bunların hamısı yalnız ilk baxışda aydın və düzgün görünür.

Birinci əfsanə: bərk qar yağması səbəbindən bazarda olan sakitlik, qiymətli kağızların alınmasının əsl vaxtıdır.

Reallıq: bazarlar enişdə olduqda, burada əməliyyatların sayı artır, bu faktdır, lakin əks vəziyyət həmişə belə olmur, bunu Bespoke Investment Group investşirkətinin həmtəsisçisi Pol Xiki deyir. Əslində isə ticarətin həcmi azaldıqda, trendlər çox müxtəlif ola bilər. Çox vaxt bu müsbət trendlərdir, çünki mövsüm faktorları səbəbindən yeniliklər birjaya elə də tez çatmırlar. Məsələn, dünyanın 500 ən iri şirkətlərinin göstəricilərini birləşdirən S&P500 indeksi, ilin axırıncı beş günü ərzində orta hesabla ildə 1,24% artır, bunu Bespoke Invesrtment Group-un məlumatları təsdiq edir.

Nə etməli: Hikinin sözlərinə görə, bu həftə “sizin pullarınızı işə buraxmaq” üçün yaxşıdır, lakin mövsümi trendlər investorun ümid ola biləcəyi faktorların ancaq bir hissəsi olmalıdır. Əgər siz, kağızların alınmasında maraqlısınızsa, onları almaq üçün istədiyiniz qiyməti seçin və səbrli olun, bunu Dearborn Partners investşirkətinin direktoru Pol Nolti deyərək təsdiq edir. Ola bilər ki, siz çox gözləməli olmayacaqsız: əgər bazarda ticarət böyük həcmdə deyilsə, bu halda bəzi kağızlar özlərini kifayət qədər aktiv aparacaq.

İkinci əfsanə: sığorta bərk qar yağmaqla əlaqədar partlamış boruları və digər ziyanları ödəyəcək.

Reallıq: ola bilər … lakin olmaya da bilər. Bir çox sığorta şirkətləri ev sahiblərindən borular və sair kimi tipik qış riskləri zonasını sığortalamazdan əvvəl, əmlaklarının qorunması üçün tədbirlər qəbul etməyi tələb edirlər, deyə, Insurance Information Institute qeyri kommersiya təşkilatının baş vitse-prezidenti Cin Salvatore izah edir. Bundan başqa ekspertin sözlərinə görə, sığorta edənlər ev sahibləri və icarəyə götürənlərdən su kranlarını bağlamaq və boruların partlamaması üçün evi kifayət qədər isti saxlamağı tələb edirlər. Əgər sığorta şirkəti müəyyən etsə ki, qəza evdə yaşayanların diqqətsizliyi nəticəsində baş verib, bu halda ziyanı ödəməkdən imtina edir.   Qarın əriməsi nəticəsində baş vermiş su basması isə, “qarlı” ərazidə yaşayanlarda bəlkə də olmayan, ayrıca sığortalanma tələb edə bilər.

Nə etməli: sığorta edənlə müqavilənin xüsusi şərtlərini ətraflı müzakirə etmək. Ola bilər ki, sığorta edən ev sahibinin evi tərk edərək suyu borulardan buraxdığını yaxud bütün mümkün sızmalara nəzarət etdiyini yoxlamaq istəyəcək, deyə Salvatore qeyd edir. Əgər, bütün qörüldüyü tədbirlərə baxmayaraq ev yenə belə qəzaların qurbanı olarsa, hər şeyi fotoşəkillərlə sənədləşdirmək və zərərlərin siyahısını tərtib etmək lazımdır, deyə Business and Home Safety şirkətinin nümayəndəsi əlavə edir. Eləcə də, təmirə ödənilən bütün hesabları hazırlamaq lazımdır (məsələn, əgər küləyin vurub çıxardığı pəncərələrin əvəzinə yenilərini qoymaq lazımdırsa), çünki belə xərclərə sığorta ödəməsi ola bilər, – deyə mütəxəssis məsləhət görür.

Üçüncü əfsanə: qar səfərlər planına təsir edə bilər, lakin biletlərin qiymətinə təsir edə bilməz.

Reallıq: Amerika avia şirkətlərin qar boranı yaxud digər əlverişsiz hava şəraitində biletlərin qiymətini qaldırması o qədər də vacib deyil.  Lakin çox vaxt hava şəraiti səbəbindən uçuşları digər tarixə keçirməli olduqda, onlar sərnişinləri ən ucuz yerlərə əyləşdirirlər, – istehlakçılar üçün olan Priceline.com. saytının nümayəndəsi Brayan Ek izah edir. Bununla da bahalı yerləri saxlayaraq, aviadaşıyıcılar uçuşlar olmayan vaxtı baş vermiş itkilərini kompensasiya edirlər. Nəticədə yerləri son dəqiqədə sifariş vermiş istehlakçıların çətin ki hər hansı bir başqa seçimi olsun.

Nə etməli: münasib təklifi tez tapmaq üçün, əlverişsiz hava şəraitindən zərər çəkməyən hava limanından uçmaq yaxud qar boranından sonra bir neçə gün gözləmək daha yaxşıdır . Bir az sonra ekonom sinifdə yer tapmaq daha rahat olacaq, deyə Ek təsdiq edir. “Çeviklik, müvəffəqiyyət qazanmağa açardır”, – deyə o qeyd edir.

Dördüncü əfsanə: qar boranı? Gəlin ev alaq!

Reallıq: bəli, bu belədir. San-Diyeqo Dövlət universitetinin daşınmaz əmlak razılaşması üzrə müəllimi Leanard Baronun sözlərinə görə, soyuq hava və külək açıq evlər üçün pis şəraitdir, bu səbəbdən bu cür daşınmaz əmlak qiymətdən düşür. Bundan başqa təəccüblü də olsa, çox qar yağması daşınmaz əmlak bazarının sabitləşməsinə səbəb olur. Developerlər tikintisi yarımçıq qalan evləri tez tikməyə başlayırlar və qiymətləri təxminən bir səviyyədə saxlamağa kömək edən bazarda yeni daşınmaz əmlak təklifi çoxaldığı hiss edilir.

Nə etməli
: ucuz qiymətlərə baxmayaraq, daşınmaz əmlak almaq istəyən amerikalılara bu istəkdən başqa ilk ödəmə üçün pul və yaxşı kredit reytinqi lazımdır. İpoteka üzrə dərəcələr və daşınmaz əmlakın qiymətləri hələ yüksək deyil, lakin qışda qiymətlər artacaq, çünki bazarda alıcıların sayı çoxalacaq, deyə Baron proqnoz verir.Düzdür, bu yalnız qısamüddətli perspektiv üçündür. Bir çox ekspertlər qarşıdan gələn ilin payızında bir milyondan çox borc alanların kreditlərini ödəyə bilməyəcəkləri və onların evlərinin borclar əvəzinə müsadirə olunacağı səbəbindən ABŞ-ın daşınmaz əmlak bazarında yenidən ucuzlaşma başlayacağını gözləyirlər.

Beşinci əfsanə: əgər qar yağdısa, bu ucuz qiymətə satışların artacağından xəbər verir. Mağazalar alıcıları küçədən belə cəlb edirlər.

Reallıq: əgər siz ticarət mərkəzləri kafelərində çox bulka həvəskarı deyilsinizsə, meqamollarda qardan xilas olmaq çox da yaxşı fikir deyil. Bundan başqa, Morningstar qazetinin analitiki P.C. Xottovinin qeyd etdiyi kimi: “Biz axır vaxtlar qiymətlərdə əhəmiyyətli dəyişiklik görmürük”.  Riteylerlərə qiymətləri hava şəraitinə uyğunlaşdırmaq üçün bir neçə gün lazımdır, bu halda “qiymətlərin uyğunlaşdurması” qar yığan maşınların və qış paltolarının qiymətlərinin bahalaşması deməkdir. Bərk qar yağdığı vaxt güzəştlər bir qayda olaraq ucuz qiymətə satışlarla üst üstə düşür,  Panalytics şirkətinin marketinq üzrə baş meneceri Cozef DeRuceris bunu təsdiq edir. Əgər bərk qar yağıntısı “qara cüməyə” (ABŞ-da Minnətdarlıq Günündən sonra gələn cümə günü ənənəvi Milad ucuz qiymətlərə satış mövsümü başlayır.) təsadüf edirsə, mağaza sahibləri ola bilsin ki əhəmiyyətli güzəştlər təklif etsinlər. Əgər bu adi çərşənbə günüdürsə, bu halda çətin ki belə güzəştlər olsun.

Nə etməli: bir neçə gün gözləmək və onlayn şopinqlə məşğul olmaq lazımdır. Bu tendensiyanın bazarın bütün iştirakçılarına aid olmamasına baxmayaraq, bir çox ticarət şəbəkələri qar boranından bir neçə gün sonra ucuz qiymətə satışlara başlayırlar,  NPD Group  şirkətinin analitiki Marşal Koen deyərək təsdiq edir. Bu səbəbdən təzə  xizəklər almaq arzusunda olanlara onları qar əriyəndən sonra almağa  daha əlverişli şansları var. Digər variant İnternetdən almaqdır: MasterCard-ın məlumatına görə ABŞ-da onlayn bazarlığın həcmi keçən illə müqayisədə artıq 15% artmışdır. Və nəzərə alaq ki, alıcılar qiymətləri Şəbəkədə ticarət mərkəzlərinə gələnlərdən daha çox müqayisə edirlər, ucuz qiymətli satışlara daha çox fikir verirlər və malların qiymətinə daha çox irad tuturlar.

Son xəbərlər
Digər xəbərlər