11 C
Baku
Monday, November 25, 2024

Pul vahidlərinin etimologiyası

Müəllif: Rövşən QƏNİYEV- Mərkəzi Bankın əməkdaşı

Tarixi yüz min illərlə ölçülən bəşər cəmiyyətində puldan təxminən 6-8 min ildir ki istifadə olunur. Əmtəə mübadiləsinin tarixi inkişaf prosesində təbii və qanunauyğun hadisə kimi, eləcə də bir iqtisadi vasitə kimi meydana çıxmış pul, hər kəsin maddi, sosial və mədəni maraqlarını əhatə edən elə bir məhsuldur ki, onun vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir. Bu populyarlıq dünya ölkələrinin pul vahidlərini öyrənilməsin şərtləndirir. Bu istiqamətdə öyrənmənin ilk halqasını heç şübhəsiz pul vahidlərinin mənşəyi haqqında biliklər təşkil edir. Dünya dövlətlərinə istifadə edilən pul vahidlərinin etimoloji cəhətdən araşdırılması bir sıra maraqlı məqamları meydana çıxarır.

Pul vahidlərinin etimalogiyası barədə aparılmış bu araşdırma 130 yaxın ölkədə dövriyyədə olan 51 pul vahidini əhatə edir. Müxtəlif mənbələr və internet resursları vasitəsi ilə aparılmış tədqiqatların nəticəsində əldə edilmiş məlumatlar aşağıdakı cədvəldə öz əksini tapmışdır:

Pul vahidinin adı

Ölkələr

Pul vahidinin etimologiyası

  1. 1.       

Ariari

Madaqaskar

Ariari- yerli dildə rəsmi pul vahidi deməkdir. Ada Fransız koloniyası olmamışdan əvvəl, Ariari rəsmi pul vahidi idi. Koloniya ləğv edildikdən 2005-ci ilədək Madaqasqarda Malaqa Frankı, sonra isə Ariari tədavüldə olmuşdur.
  1. 2.       

Avro

Avstriya, Belçika, Almaniya, Polşa,Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Malta,Lüksemburq, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya,Vatikan, Çexiya.

Avro   ölkəsi olmaqla daha 9 ölkədə rəsmi valyutasıdır.1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə əskinaslar dövriyəyə buraxılmışdır. Avro 1979-cu ildən 1998-ci ilə kimi avropa valyuta sistemində dövriyyədə olan Avropa valyuta vahidini (ECU) əvəz etdi. Avronun simvolu (€) , böyük C hərfinin ortasında bərabər işarəsindən ibarətdir. Bərabər işarəsi avrozonaya dail olmuş xalqların bərabərhüquqlu olmasını ifadə edir. Simvoldakı qövs (C) fəqliliklərin birgə yaşayışını təmin edən körpü vəzifəsin oynayır. Buna görə də Avronun bütün əskinaslarının üstündə  körpü şəkli vardır.
  1. 3.       

Baht

Tayland

Baht ənənəvi çəki vahidi kimi (1 Baht= 15,16 qram) hazırda Tayland ticarətində istifadə edilir və qızılın çəki vahididir. Bir Baht 100 Satanqa bölünmüştür. Eləcə də 25 Satanq bir Salünqə bərabərdir.
  1. 4.       

Balboa

Panama

Balboa- Sakit okeanın Panamanın qərb sahillərinə ilk dəfə ayaq basmış Avrupalı səyyah Vasco Nunez de Balbaonun soyadından götürülmüşdür.
  1. 5.       

Birr

Efiyopya

Birr yerli dildə “gümüş” deməkdir. İmperator II. Menelik dövründən (1894-cü il) tədavülə buraxılmışdır.
  1. 6.       

Bolivyano

Bolivya

Hərfi mənası “bolivyalı” və ya “Bolivyaya məxsus”. Bolivyano pul vahidi kimi 1987-ci ildə tədavülə girmişdir. Bolivyanoya xalq arasında Peso da deyilir.
  1. 7.       

Cedi

Qana

Cedi- Kauri balıqqulaqların yerli dildə adıdır. Bu balıqqulaqları XIX əsrdə Afrikada pul kimi istifadə olunurdu. 1965-ci ildən etibarən Qananın pul vahididir.
  1. 8.       

Dalasi

Qambia

Dolların yerli dildə adıdır.
  1. 9.       

Dinar

Əl-Cəzayir, Bəhreyn, İraq, Livya Serbiya, Tunis,İordaniya, Küveyt,

Dinar- Şərq dillərinə Latın dilindən  (Denarius) keçmişdir. Eramızdan əvvəl 211-ci ildən III əsrə qədər Romada dövriyyədə olmuş əsas gümüş sikkənin adı olmuşdur.
  1. 10.  

Dirhəm

Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş krallığı

Bizans İmperyası dövründə pul vahidi kimi istifadə edilmiş Drahmi sözündən yaranmışdır.
  1. 11.  

Dollar

Avstralya,Hong Kong,Kanada, ABŞ, Liberya, Nambiya,Yeni Zelandiya, Zimbabve, Singapur, Tayvan

Dollar sözü İngilis tacirlərin Şimal Almaniya ilə dəniz ticarətində istifadə etdikləri “Taler”dən törəmişdir (tələffüzə görə Taler, “Dollar”a çevrilmişdir).  Dollar sözü böyük gümüş pul mənasını verir. 1792-ci ildə Dollar Amerikanın rəsmi pul vahidi olmuşdur. İşarəsi () ingilis dilində birləşmiş ştatlar sözlərinin ilk hərflərinin üst-üstə yazılması nəticəsində yaranmışdır.
  1. 12.  

Đồng

Viyetnam

Đồng adı Viyetnamda XVIII-XIX əsrlərdə istifadə edilmiş pul vahidində- Thong Bun”dan götürülmüşdür. “Thong Bun” isə “çoxlu pul” və ya “tədavüldəki pul” deməkdir.
  1. 13.  

Efqani

Əfqanstan

Əfqanstan əhalisinə verilən addır.
  1. 14.  

Frank

İsveçrə, Lixtenşteyn, Burundi, CFA-Frankı, Cibuti, Gine, Komor, Kongo

Frank sikkə deməkdir. 100 illik müharibələr dövründə Fransada Franc d´or adı ilə qızıl sikkələr zərb olunmuşdu. XVII əsrdə artıq gümüş sikkələr (Franc d’argent) zərb olunurdu.

1795-ci ildə Fransız Frankı onluq vahidlərə bölündü Daha sonra Frank adı digər Avropa ölkələri və Fransız kolonyalarında da istifadə edilməyə başladı. (CFA-Frankı). Avro tədavülə girənə qədər  Frank; Belçika, Lüksemburq və Fransanın rəsmi pul vahidi olmuşdur.

  1. 15.  

Filler

Macaristan

Orta əsrlərdə Almanyada geniş yayılmış sikkə olan Hellerin adından yaranmışdır. Heller sikkəsinin adı isə zərb olduğu yerdən- Schwäbisch Hall-dan götürülmüşdür.
  1. 16.  

Forint

Qədimdə bir çox ölkələrdə istifadə edilmiş sikkə olan Florensiya qızıl  Quldendən (Golden/goldener-qızıldan) yaranmışdır. Bu kəlmə Latın dilində “florenus aureus”, Fransız dilində isə “Florin” kimi kimi yazılır.
  1. 17.  

Gurdu/ Gourde

Haiti

Gourde İspan dilində “gordo” kəlməsindən götürülmüşdür. Kök insan deməkdir. Varlı olmaq mənasında da işlədilir.
  1. 18.  

Guarani

Paragvay

Guarani orta əsrlərdə Cənubi Amerikanın orta ərazilərində əkinçiliklə məşgul olan bir qızıldərili tayfanın adıdır. Paraqvaylılar özlərini bu tayfanın törəmələri hesab etdikləri üçün pul vahidinə də bu adı vermişlər.
  1. 19.  

Qrivna

Ukrayna

Qrivna -at yalı deməkdir; tarixən dəyəri bir ata bərabər olmuşdur. Fərqli heyvanların kürkləri ilə  dəyişdirilən  daha kiçik pul vahidləri də istifadə edilmişdir. Qrivna adı mis sikkə və gümüş pullar üçün istifadə edilmişdir.
  1. 20.  

Kolonu

Kosta Rika, Salvador

Məhşur səyyah Xristofor Kolumbun soyadının ispan dilindəki formasıdır. Kolon 1897-ci ildən etibarən  Kosta Rikanın pul vahididir.
  1. 21.  

Kron

Danimarka, Estonya, İslandiya, Lihtenşteyn, Norveç, İsveç,

Kron- hakimiyyət simvolu olaraq zərb edilmiş sikkələrə deyilmişdir. Kron sözü latın dilində “corona” sözündən yaranmışdır. Skandinaviya pul birliyinə qoşulmuş ölkələrin pul vahididir.
  1. 22.  

Kuna

Xorvatiya

Kuna- Xorvat dilində dələ deməkdir. Orta əsrlərdə Xorvat şəhərlərində, Sloveniya və digər sahil ölkələrində ticarət və hesablaşmalarda dələ kürkündən istifadə edilmişdir. Dələ şəkilləri XIII-XIV əsrdə yerli sikkələr olan  Banoviçi sikkələrini əsas arnameti olmuşdur.
  1. 23.  

Kwacha

Malavi, Zambiya

Etimoloji olaraq gün ağarması və ya günün başlaması mənasına gələn kəlimə Bemba dilində  “azadlığın yeni başlanğıcı” şüarı kimi məhşurlaşmışdır.
  1. 24.  

Kwanza

Angola

Kwanza Angolada bir çay adıdır. Bu çay bərəkət simvolu kimi qəbul edilir.
  1. 25.  

Lari

Gürcüstan

Lari  Gürcü dilində xəzinə, mülkiyyət mənalarında istifadə edilən sözdür. 1995-ci il oktyabrın 2-də dövriyyəyə buraxılıb.  1 lari 100 tetri xırda pul vahidinə bərabərdir.
  1. 26.  

Lek

Albaniya

Lek- Albanların dilində pul vahidi deməkdir.
  1. 27.  

Lempira

Honduras

Lempira (1499–1537), ən böyük yerli qəbilə olan Lenca qəbilə rəisi olmuşdur. Lempira İspan müstəmləkəçilərinə qarşı vuruşmuşdur.
  1. 28.  

Ley

Moldova, Romanya

Ley, Moldov və Rumın dillərində “aslan” deməkdir. Güc, qüdrət və hakimiyyət simvoludur.
  1. 29.  

Lev

Bolqarstan

 “Aslan” deməkdir. Bolgar pulu öz adını sikkələrin üstündə zərb edilmiş aslan fiqurlarından götürmüşdür.
  1. 30.  

Lirə

Türkiyə

Lirə sözü Latın dilində libra (= funt) sözündən yaranmışdır. Libra, ağırlıq vahididir (327,45 qram). Lirə qiymətli metalların çəki-ağırlıq vahidi olaraq istifadə edilmiş və sonradan  pul vahidinə çevrilmişdir.
  1. 31.  

Litas

Litva

Litas kəlməsi ölkənin adından götürülmüşdür. Litas ilk dəfə 1922 – 1940 illər arasında tədavüldə olmuşdur. 1994-cü ildən etibarən təkrar tədavülə girmişdir.
  1. 32.  

Manat

Azərbaycan, Türkmənistan

Manat sözü rus dilindəki (əslində latın sözüdür) Moneta (qəpik) sözündən yaranmışdır.
  1. 33.  

Ngultrum

Bhutan

Dzongka dilindəki “dNgul Tam” kəlməsindən yaranmışdır və gümüş sikkə deməkdir. Ngultrum 1974-cü ildəki denominasiyadan sonra etibarən Bhutan Krallığının ilk rəsmi p ul vahididir.
  1. 34.  

Pa-anga

Tonga

Pa-anga adı köhnə bir oyunda istifadə edilən dəniz lobiyası toxumundan (Entada scandens) götürülmüşdür.
  1. 35.  

Pataka

Makao

Pataka- Asyada geniş yayılmış Meksika Gümüş Dollarının Portuqal dilindəki adından (“Pataca Mexicana”) götürülmüşdür. Portuqaliya koloniyalarındakı sikkələrin adıdır.
  1. 36.  

Peso

Argentina,Çili,Kuba, Filipin, Kolumbiya,Meksika,Uruqvay, Dominikan Respublikası

Peso ispan dilində ağırlıq deməkdir. “Peso da a ocho”nun kısa formasıdır.  8 Riyal (ağırlıq vahidi) ağırlığında hissə deməkdir.
  1. 37.  

Funt/

Funt sterlinq

Böyük Britaniya,Lübnan, Misir,Sudan, Suriya

Funt latın dilində “ibra”dan (ölçü vahidi) törəmişdir. Sterlinq adı isə eyni adlı köhnə 1,555 qramlıq İngilis gümüş sikkəsindən götürülmüşdür. Britaniya Funt Sterlinqi  100 pennidən ibarətdir.
  1. 38.  

Rand

Cənubi Afrika Respublikası

Rand, Afrika dilində  sıra dağlar deməkdir.
  1. 39.  

Riyal

Brazilya,İran,Yəmən, Qətər,Omman,Səudi-Ərəbistan

Latın dilində “krala məxsus” mənasını verir.

1994-cü ildən etibarən  Braziliyada tədavüldə olan eyni adlı pul vahidi isə “həqiqətən” sözü mənasında istifadə edilir.

Ərəb ölkələrində Riyal böyük gümüş pullar deməkdir. İranda Riyal “Toman” adlı köhnə pul vahidini əvəz etmişdir.

  1. 40.  

Ringgit

Malezya

Malay dilində Ringgit “çıxıntılı, dişli” deməkdir. Həmçinin bir vaxtlar cənub-şərqi Asyada ödəniş vasitəsi kimi istifadə edilən İspanya gümüş dollarının çıxıntılı kənarlarına da ringgit deyilmişdir.
  1. 41.  

Rubl

Rusiya, Tacikistan, Belarusya

Rubl böyük gümüş külçələrin hissələrə bölünməsi mənasında işlənir. Rusiya Federasiyasının valyutasıdır.  Rublunun kodu – RUB-dur. Rusiya ərazisində XIII əsrdən işlədilir. Rubl 100 qəpiyə bölünür.
  1. 42.  

Rufiyaa

Maldiv adaları

Yerli dildə Maldiv Rupisi deməkdir.
  1. 43.  

Rupiah

İndonezya

Rupiah adı II. Dünya müharıbəsində Yapon işğalçıların istifadə etdiyi Hind Rupisindən götürülmüşdür. 1610- 1817-ci illər arasında Şərqi  Hind Adalarında Hollandiyada Quldeni istifadə edilmişdir.
  1. 44.  

Rupi

Hindistan,Mavritaniya, Nepal, Pakistan, Seyşel, Şri Lanka

Rupya sözündən yaranmışdır və mənası işlənmiş gümüş deməkdir. Rupi 100 paisa bölünür. Rupi banknotları 5, 10, 20, 50, 100, 500 və 1,000 nominallarda olurlar. Əvvəllər rupi gümüş sikkə idi, gümüşün bir çox yerdə dəyərdən düşməsilə Rupi də dəyərdən düşdü.
  1. 45.  

Şekel

İsrail

Şekel-Sami dil ailəsində “tərəzi, çəki” mənasındakı sözdən törəmişdir.
  1. 46.  

Som

Qırğızstan, Özbəkistan

Som kəlməsi Türk dilində “saf, saf qızıl” deməkdir.
  1. 47.  

Sol

Peru

1863-cü ildən etibarən Perunun pul vahidi “günəş” (İnka İmperyası dövründən etibarən ölkənin simvoludur) mənasına gələn Sol adı verilmişdir.
  1. 48.  

Sukre

Ekvador

1822-ci ildə İspan əsgərlərindən qaçarkən vurulan azadlıq mübarizi Mareşal Antonio José de Sucrenin şərəfinə ölkənin pul vahidinə bu ad verilmişdir.
  1. 49.  

Yuan

Çin

Çin dilində yumru, dairəvi mənlarına gəlir. Çin Xalq Respublikasının rəsmi pul vahidi isə Yuandır.  Daha kiçik pul vahidləri Yuanın bölünməsi ilə olur. Yuanın 10-a bölünməsi Jia,  onun da 10-a bölünməsi Fen adlanır. İlk dəfə olaraq Çin Yuanı 1948-ci ildə çap olunmuşdur.
  1. 50.  

Yeni

Yaponiya

Yen sözü Çinin pul vahidi olan Yuan-dan meydana gəlmişdir. Yen ilk dəfə 1871-ci ildə dövriyyəyə buraxılmışdır. 1 Yen 100 Sen-ə bərabərdir. Dünyada əmanətlərin saxlanıldığı pul vahidlərindən biridir.
  1. 51.  

 

Von

Cənubi Korea

Von Cənubi Koreanın pul vahididir. Çinin pul vahidi olan Yuan-dan meydana gəlmişdir. Bir Von 100 jeona bölünür. Von sözü də Çin sözü olan Yuandan əmələ gəlmişdir. 1945-ci ildə Şimalı və Cənubi Koreanın bölünməsindən sonra Von ilk dəfə tədavülə buraxılmışdır.
Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.